Çaydan tapılan kitabların və əlyazmaların müəllifi müəyyənləşib - FOTO

Çaydan tapılan kitabların və əlyazmaların müəllifi müəyyənləşib - FOTO

Masallı rayonunun Çaykəş çayından tapılan kitablar və əlyazmaların bir hissəsi oxunub.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, kitablar və əlyazmaların müəllifinin Şeyx Cəlal Lənkərani olduğu müəyyən edilib.

 

Qeyd edək ki, Şeyx Cəlal Lənkərani cənab bölgəsinin görkəmli alimlərindən və dəyərli ruhanilərindən biri olub. O, 1885-ci ildə Masallı rayonunun Kolatan kəndində doğulub. Şeyx Cəlal 1900-1920-ci illərdə İran və İraqda dini təhsil alıb. O, riyaziyyat, astronomiya və həndəsə elmlərinin də bilicisi kimi tanınıb.

 

Şeyx Cəlal 1920-ci illərin ortalarında Kolatana qayıdıb. Quran qiraəti, əhkam və İslam maarifi sahəsində dərslər təşkil edib.

 

Təzyiq və təqiblərə məruz qalan Şeyx Cəlal Lənkərani 1928-cı ildə Biləsuvar rayonuna köçüb. İki ay sonra məxfi şəkildə dinin fəaliyyət göstərdiyinə görə həbs olunub və on il həbs cəzası alıb.

 

Şeyx Cəlal 1938-ci ildə həbsdən azad olub.

 

Lakin bir neçə aydan sonra yenidən həbs olunub və Qazaxıstana sürgün edilib.

 

1948-ci ildə Azərbaycana geri döndükdən sonra 1957-ci ilə kimi Bakının Buzovna qəsəbəsində yaşayıb və gizli şəkildə dini dərslər təşkil edib.
1957-ci ildə doğulduğu Kolatan kəndinə qayıdıb və ömrünün sonuna kimi Kolatanda yaşayıb.

 

1961-ci ilin mart ayında Kolatan kəndində vəfat edib və Kolatan qəbiristanlığında dəfn olunub.

 

Xatırladaq ki, tapılan 100-ə yaxın kitab və əlyazmaların sahibləri onları ailə münaqişəsi zəminində yandırmaq istəyiblər, lakin yanmadığını görüb çaya atıblar.

 

Artıq kitabların bir qismi Masallı rayon tarix və diyarşünaslıq muzeyinə təhvil verilib. Bu gün də digər kitabların təhvil verilməsi nəzərdə tutulub.

 

 


OXŞAR XƏBƏRLƏR

"Bəzi verilişlər ailə institutunu zəiflədir" - Ekspert

"Son zamanlar efirdə yayımlanan bəzi ailə mövzulu verilişlər cəmiyyət üçün mənfi nəticələr doğurur. Bu proqramlar ailə institutunu zəiflətməklə yanaşı, vət...

Məktəblilər arasında dava: xəsarət alanlar var

Gəncədə bir qrup məktəbli arasında dava olub.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə...

Prezident İlham Əliyev Çinə səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az  AZƏRTAC-a istin...

Qarabağ Universitetində işləmək istəyənlərin NƏZƏRİNƏ! – FOTO

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsi fənn müəllimi vakansiyaları elan edir. Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. &n...

Azərbaycanda repetitorluq dövrü BAŞA ÇATIR

Azərbaycanda buraxılış imtahanlarının nəticələri geniş müzakirə olunur.   Sfera.az-ın modern.az-a istinadən xəbərinə görə, təhsil eksperti Məzah...

“İnsan hüquqları dövlətin təminatçılığı ilə həyata keçirilir” – Vəfaddin İbayev

“İnsan hüquqları subyektiv mənada milli və beynəlxalq hüquq normalarında nəzərdə tutulan konkret şəxsə mənsub olan hüquqauyğun fəaliyyət, əməl və davranış...