“Harri Potter” aktyorlarının adları açıqlandı


“Harri Potter” aktyorlarının adları açıqlandı

J. K. Rowlingin “Harri Potter” kitab seriyasının filmə uyğunlaşdırılmasından 24 il keçir. 7 kitab üçün çəkilmiş 8 filmin hər biri “Potterheads” üçün ayrı bir asılılıq halına gəlib. Demək olar ki, hər il təkrar-təkrar baxdığımız filmlər şedevrlər olsa da, filmlərin seriala çevrilməsi və hər kitabın bir mövsümdə işlənməsi qərara alınıb.


Sfera.az bildirir ki, ilk filmdən düz 24 il sonra “Harri Potter” seriyası televiziya serialına çevrilir. 2026-cı ildə çıxması planlaşdırılan serialın aktyor heyəti açıqlanıb.


J. K. Rowling tərəfindən yazılmış serial, filmə uyğunlaşdırıldıqdan sonra dünya miqyasında geniş yayıldı. Hələ də sevə-sevə izlənilən və 24 ildən sonra da tamaşaçıların qəlbində xüsusi yer tutan “Harri Potter” kainatı indi seriala köçürülür.
 

Son bir neçə ildir zaman-zaman gündəmə gələn serialda indi bir-birinin ardınca inkişaflar gəlir. Gələn il yayımlanacaq serialda Severus Sneyp obrazını kimin canlandıracağı məlum olub.

 

HBO orijinal “Harri Potter” serialının aktyor heyətini nəhayət açıqlayıb. Açıqlamaya görə, serialda altı dəfə Emmy, iki dəfə Tony mükafatı, Olivier mükafatı laureatı, BAFTA və Oskar namizədi Con Lithgow Albus Dambldor rolunda; Oskar və Emmi nominantı, Toni Mükafatı, Qızıl Qlobus və Olivier Mükafatı laureatı Janet Maktir, Minerva MakQonaqall rolunda; Emmi və BAFTA namizədi Paapa Essiedu Severus Snape, BIFA namizədi Nik Frost isə Rubeus Hagrid rolunu oynayacaq.
 

Serialda çəkilən qonaqlar arasında Quirinus Quirrell rolunda Luke Thallon və Argus Filch rolunda beş dəfə BAFTA mükafatı laureatı Paul Whitehouse var.

Aysel


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərə qar yağır -FAKTİKİ HAVA

Aprelin 16-sı saat 00:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xidmətindən S...

62 ildən sonra ilk dəfə qadınlardan ibarət heyət kosmosdan qayıdıb - FOTO

Aprelin 14-də Ceff Bezosa məxsus “Blue Origin” şirkətindən New Shepard kosmik gəmisi ilə 6 kosmik turist kosmosa buraxılıb. Qeyd edək ki, Ceff Bezos...

Məşhur aktyor Cin Hekman və həyat yoldaşının ölümünə siçovullar səbəb olub

Hollivud ulduzu Cin Hekman və həyat yoldaşı Betsi Arakavanın fevral ayında ölü tapıldığı ərazidə ölümcül xəstəlik yayan siçovulların yaşadığı ortaya çıxıb. &nb...

Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı açıqlandı - VİDEO

Ötən il dünyada 15-39 yaş aralığında olan təxminən 1,3 milyon insana xərçəng diaqnozu qoyulub.   Sfera.az-ın məlumatına görə, ölkəmizdə də bu xə...

Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında oldu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanında olub.   Sfera.az xəbər verir ki, bu barədə o, &...

Millimiz Xorvatiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.   Sfera.az xəbər verir ki, Vitali ...