Bu gün Qaqarinin kosmosa uçduğu gündür - 64 il ötür

Bu gün Qaqarinin kosmosa uçduğu gündür - 64 il ötür

Bu gün, 12 aprel, bütün dünyada Ümumdünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur.

 

Sfera.az xəbər verir ki, bu əlamətdar tarix bəşəriyyətin kosmosa ilk səyahətini simvolizə edir.

 

1961-ci ilin məhz bu günü sovet kosmonavtı Yuri Qaqarin “Vostok-1” kosmik gəmisi ilə Yer orbitinə çıxaraq, kosmosa uçan ilk insan kimi tarixə düşdü. Onun bu cəsarətli addımı yalnız texnoloji deyil, həm də mənəvi bir inqilab oldu – insanlığın sonsuz kainata baxışını köklü şəkildə dəyişdi.

 

Qaqarinin uçuşu dünya elminə və texnologiyasına yeni bir yol açdı. Bu hadisədən sonra kosmik tədqiqatlar daha da sürətləndi, digər ölkələr də bu sahəyə maraq göstərməyə və investisiya qoymağa başladılar. 1968-ci ildən etibarən 12 aprel "Kosmonavtika Günü" kimi qeyd olunur. 2011-ci ildə isə BMT bu tarixi "Beynəlxalq İnsan Kosmosa Uçuş Günü" elan etdi.

 

Müstəqillik qazandıqdan sonra Azərbaycan da aviasiya və kosmik sahədə aktiv fəaliyyət göstərməyə başladı. 2010-cu illərdən etibarən kosmik sənayenin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə yaradılan “Azərkosmos” ASC bu sahədə ilk milli peyk proqramlarını reallaşdırmağa başladı.

 

2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace-1", Fransız Qvianasından orbitə buraxıldı. Bu, Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində müstəqil peyk imkanları əldə etməsinə şərait yaratdı. Ardınca 2014-cü ildə Yer müşahidə peyki "Azersky", 2018-ci ildə isə ikinci telekommunikasiya peyki "Azerspace-2" orbitə göndərildi.

 

Bu nailiyyətlər Azərbaycanın kosmik sahədə söz sahibi ölkəyə çevrildiyini sübut etdi. Hazırda Azərbaycanın peykləri dünyanın bir çox bölgəsinə xidmət göstərir, eyni zamanda ölkəmizə strateji, iqtisadi və elmi üstünlüklər qazandırır.

 

Azərbaycanın kosmos sahəsində beynəlxalq əməkdaşlıqları da diqqətəlayiqdir. 2023-cü ildə Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Bu, Cənubi Qafqaz regionunda ilk belə tədbir idi və dünya üzrə minlərlə mütəxəssisin iştirakı ilə keçirildi. Konqres çərçivəsində Azərbaycanın kosmik potensialı nümayiş etdirildi, müxtəlif ölkələrlə əməkdaşlıq imkanları müzakirə olundu.

 

Eyni zamanda, Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının tam hüquqlu üzvüdür. Bu status ölkəmizə beynəlxalq kosmik layihələrdə iştirak etmək və gələcəkdə daha genişmiqyaslı təşəbbüslərə qoşulmaq imkanı verir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...