“WhatsApp” bəzi köhnə telefonlarda işləməyəcək – Tarix açıqlandı

“WhatsApp” bəzi köhnə telefonlarda işləməyəcək – Tarix açıqlandı

Dünyanın ən çox istifadə olunan mesajlaşma tətbiqlərindən biri olan “WhatsApp” 1 may 2025-ci il tarixindən etibarən bəzi köhnə model telefonlarda işləməyəcək.


Sfera.az xəbər verir ki, “Meta” şirkətinin yaydığı məlumata görə, bu qərarın əsas səbəbləri arasında təhlükəsizlik riskləri, performans problemləri və istifadəçi təcrübəsini zəiflədən texniki çatışmazlıqlarla bağlıdır. 


Şirkət bildirib ki, tətbiqin ən son versiyasını dəstəkləməyən cihazlar “WhatsApp”dan istifadə edə bilməyəcək.


Yeni dəyişikliklərə əsasən, “WhatsApp” yalnız iOS 15.1 və daha yeni versiyaları dəstəkləyəcək. Bu da o deməkdir ki, iOS-un köhnə versiyalarını istifadə edən cihazlar artıq tətbiqə daxil ola bilməyəcək.


Bu qərar xüsusilə köhnə “iPhone” modellərinə sahib milyonlarla istifadəçini əhatə edir. Əgər cihaz iOS-un yeni versiyasını qəbul etmirsə və ya yenilənməyibsə, “WhatsApp”dan istifadənin mümkün olmayacağı qeyd olunub.


“WhatsApp”ın dəstəyini itirəcək bəzi cihazlar:


"Apple":


    •    "iPhone" 5
    •    "iPhone" 5C
    •    "iPhone" 6 seriyası

 

"Samsung":


    •    "Galaxy Ace Plus"
    •    "Galaxy Note 3 seriyası"

 

İstifadəçilərə tövsiyə olunur ki, cihazlarını yeniləmə imkanları yoxdursa, alternativ ünsiyyət vasitələrindən istifadə etsinlər.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...