Ən uğursuz 3 bürc - Onların şansı gətirmir

Ən uğursuz 3 bürc - Onların şansı gətirmir

Astroloqlar uzun illərdir ki, bürclərin insanların həyatına təsiri ilə bağlı araşdırmalar aparırlar. Bəzi bürclər uğur və şansla tanınsa da, digərləri daha çox çətinliklərlə və uğursuzluqlarla üzləşir. Son araşdırmalara görə, xüsusilə üç bürc uğursuzluğu ilə seçilir. Onlar haraya ayaq bassalar, orada sanki ot bitmir. 
 

Bəs bu bürclər hansılardır və uğursuzluqlarının səbəbi nədir?

 

Sfera.az yenisabah.az-a istinadən ən uğursuz 3 bürcü təqdim edir:

 

Qoç

 

Qoç bürcü adətən lider ruhlu, enerjili və cəsarətli insanlar kimi tanınır. Lakin onların əsas problemi tələsik qərarlar vermələri və nəticələri düşünmədən hərəkət etmələridir. Astroloqlar bildirir ki, qoçlar emosiyalarına qapılaraq, ani reaksiyalar göstərir və bu da onlara tez-tez problemlər yaşadır. Qoç bürcləri bəzən öz güclərinə həddindən artıq inanırlar və hər şeyi özləri həll etməyə çalışırlar. Onlar başqalarından kömək istəməyi zəiflik kimi qəbul edirlər. Bu səbəbdən, ətrafdakı insanların dəstəyindən məhrum qalırlar və uğursuzluqlarla təkbaşına mübarizə aparmalı olurlar. Bundan əlavə qoçlar çox rəqabətçi və aqressiv xarakterə malikdirlər. Bu xüsusiyyətləri onlara bəzi hallarda üstünlük qazandırsa da, çox vaxt insanlarla münasibətlərinin pozulmasına səbəb olur. Xüsusilə iş həyatında onların sərt davranışları rəhbərlik və iş yoldaşları ilə problemlərə gətirib çıxarır.

 

Oxatan

 

Oxatan bürcündən olan insanlar azad ruhlu, macərapərəst və yenilikçi olurlar. Lakin onların bu xüsusiyyətləri bəzən həyatlarında ciddi problemlərə səbəb olur. Astroloqlar hesab edirlər ki, oxatanlar çox vaxt reallıq hissini itirir və çox böyük risklərə gedirlər. Onlar həyatda hər şeyi tez əldə etmək istəyirlər və səbirsiz olduqlarına görə planlarını tam düşünmədən həyata keçirməyə çalışırlar. Bu səbəbdən, bir çox oxatanlar maddi çətinliklərlə üzləşir, iş həyatlarında uğursuzluqlarla rastlaşır və münasibətlərində problemlər yaşayırlar. Bundan başqa xatanlar çox sərbəst və öz bildikləri kimi davranmağı sevirlər. Onlar üçün qaydalar və məhdudiyyətlər adətən heç bir əhəmiyyət kəsb etmir. Lakin bu, onların ətrafdakı insanlarla münasibətlərinə mənfi təsir göstərir. Bəzi oxatanlar məsuliyyətsiz davrandıqları üçün yaxın dostlarını və hətta ailə üzvlərini belə itirə bilirlər. Astroloqlar oxatanlara daha ölçülü-biçili addımlar atmağı, riskləri əvvəlcədən hesablamalarını və səbrli olmağı tövsiyə edirlər.

 

Buğa

 

Buğa bürcü adətən sabit və etibarlı insanlar kimi tanınır. Onlar rahatlığı və maddi güvənliyi sevirlər. Lakin məhz bu rahatlıq istəyi onların uğursuzluqlarının əsas səbəbidir. Astroloqlar bildirir ki, Buğalar bəzən lazımi anda risk etməkdən çəkinirlər və fürsətləri əldən verirlər. Buğalar çox inadkar və dəyişikliklərə qarşı müqavimət göstərən insanlardır. Onlar bir dəfə verdikləri qərardan geri çəkilmək istəmirlər. Bu inadkarlıq iş həyatında və şəxsi münasibətlərdə problemlərə gətirib çıxarır. Bundan başqa, Buğalar çox vaxt insanlara həddindən artıq güvənirlər. Onlar düşünürlər ki, hər kəs özləri kimi sadiq və dürüstdür. Lakin bu, onları tez-tez məyus edir. Astroloqlar bildirirlər ki, buğalar daha diqqətli olmalı, insanları yaxşı tanımadan onlara tam etibar etməməlidirlər.


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...