Twitter-in quş loqosu hərracda satıldı

Twitter-in quş loqosu hərracda satıldı
Kateqoriya məlum deyil
T

İlon Maskın Twitter şirkətini alaraq adını “X” olaraq dəyişdirməsindən sonra San-Fransiskoda yerləşən keçmiş Twitter mərkəzindən çıxarılan məşhur quş loqosu hərracda satılıb. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, kolleksiya əşyaları üzrə ixtisaslaşmış RR Auction şirkətinin verdiyi məlumata görə, 254 kiloqram çəkidə və 3,7x2,7 metr ölçülərində olan bu lövhə 34 375 ABŞ dollarına – təxminən 58 400 manata satılıb. Lakin yeni sahibinin kimliyi açıqlanmayıb.

 

Fidan Hacızadə
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR