İngiltərədə qızıl unitaz oğurlayanlar yaxalandı

İngiltərədə Blenheim Sarayında nümayiş etdirilən 4,8 milyon funt sterlinq dəyərindəki 18 karatlıq qızıl unitazı oğurlayan iki nəfər məhkəmə tərəfindən günahkar bilinib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, cinayətkarlar unitazı cəmi 5 dəqiqə ərzində oğurlayıblar və hadisə yerində alətləri qoyub qaçıblar.
Məhkəmənin qərarına əsasən, 39 yaşlı Maykl Cons oğurluqda, 36 yaşlı Frederik Doe isə oğurlanmış qızılı satmağa cəhd etməkdə təqsirli bilinib. Oğurluğun təşkilatçısı, 40 yaşlı Ceyms Şin də cinayət yolu ilə əldə olunmuş qızılı satmaq ittihamını qəbul edib.
Qeyd edək ki, oğurlanan unitaz İtalyan sənətçi Mauritsio Kattelan tərəfindən yaradılmış və “Amerika” adlandırılmışdı. Əsər 2016-cı ildə ABŞ-də nümayiş olunub və 100-dən çox insan tərəfindən istifadə edilmişdi. Daha sonra isə Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin doğulduğu Blenheim Sarayına aparılaraq, onun dünyaya gəldiyi otağın qarşısında nümayiş etdirilmişdi.
Bəsti Rəfizadə