Böyük Britaniyada sirli tunellər aşkarlanıb - FOTO

Böyük Britaniyada sirli tunellər aşkarlanıb - FOTO

Böyük Britaniyanın Salisbury dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri zamanı naməlum yeraltı tunellər şəbəkəsi aşkar edilib. Tunellərin hara qədər uzandığı isə hələlik məlum deyil.


Sfera.az "NTV"yə istinadən xəbər verir ki, məlumata görə, stansiyanın 5,3 milyon funt sterlinq (təxminən 250 milyon manat) dəyərində yenilənməsi zamanı köhnə bir telefon köşkünə yaxın yerdə traverslər qaldırılıb və bu zaman yeraltına doğru uzanan gizli bir tunel aşkarlanıb.

 

Mühəndislər tunelə daxil olduqda, taxta siqnal avadanlıqları ilə təchiz edilmiş otaqlardan ibarət geniş bir yeraltı labirint ilə qarşılaşıblar.


Tunelin stansiyanın 4-cü platformasının altına qədər uzandığı və bir vaxtlar "Whitchurch" kimi qəsəblərə pivə, alma şərabı və yumurta çəlləklərinin daşınması üçün istifadə edildiyi ehtimal olunur. Tunellə yanaşı, stansiyanın altına enən pilləkənlə girişi olun başqa bir sirli otaq da tapılıb. Lakin bu ərazidə hələ ətraflı araşdırma aparılmayıb.


Hazırda hər il iki milyona yaxın insanın istifadə etdiyi Salisbury Stansiyasında aşkarlanan bu tarixi kəşf diqqət mərkəzinə çevrilib. "Netvork Rail" şirkətinin nümayəndəsi Stiv Kelly bunu nadir tapıntı adlandırıb və belə şərh edib:


“Bu, dəmir yolundakı karyeram ərzində gördüyüm ən maraqlı kəşflərdən biridir. Bu sahədə hər gün yeni sürprizlər mümkündür”.

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Daxılların adətən donuz formasında dizayn edilməsinin təəccüblü səbəbi - FOTO

Daxıllar insanlara pul qənaət etmək vərdişini inkişaf etdirməyə kömək etmək üçün ən çox istifadə edilən obyektlərdən biridir.   Bəs heç düşünmüsünüz...

Boşanma zamanı ev işi üçün 6800 dollar tələb edib: Məhkəmə 5 dəfə çox təzminat verdi

Bu yaxınlarda Çinin mərkəzindəki Zhongyuan Rayon Məhkəməsi boşanma zamanı ev işlərini gördüyünə görə qadına təqribən 35 min dollar təzminat təyin etmə qərarı çı...

Kommunal xidmətlərlə bağlı yenilik

Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi Azərbaycan Respubli...

Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.   Sfera.az-ın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası &ldq...

Əkrəm İmamoğlunun yeni görüntüləri yayıldı – VİDEO

İmamoğlunun ortağı olduğu şirkət məhkəmə qərarı ilə müsadirə edildi   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.   ...

Alyona Əliyeva paylaşım etdi -FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, paylaşımda d...