"WhatsApp" iki yeni funksiyanı istifadəyə verib

"WhatsApp" iki yeni funksiyanı istifadəyə verib

"WhatsApp" istifadəçilərə sosial media bağlantılarını profillərinə əlavə etmək və statuslarını yadda saxlamaq imkanı verən yeni funksiyalar təqdim edib.


Sfera.az "En Son Haber"ə istinadən xəbər verir ki, profil bağlantıları xüsusiyyəti sayəsində istifadəçilər "Instagram" hesablarını "WhatsApp" profillərinə əlavə edə biləcəklər.

 

Bu yenilik, fərqli platformalar arasındakı əlaqəni asanlaşdıraraq, "WhatsApp" istifadəçilərinə sosial media hesablarını daha rahat paylaşmaq imkanı yaradacaq. Bağlantı əlavə edildikdə, söhbət məlumatları səhifəsinin yuxarısında görünəcək və istifadəçilər bir toxunuşla profilə keçid edə biləcəklər.

 

"WhatsApp", sosial media bağlantılarının məxfiliyini qorumaq üçün dörd fərqli seçim təklif edir: bağlantını bütün istifadəçilər görə bilər, yalnız kontakt siyahısındakı şəxslər görə bilər,  yalnız seçilmiş şəxslər görə bilər və bağlantı tamamilə gizli saxlanılır.

 

Digər yenilik isə statusu yadda saxlama funksiyasıdır. Bu xüsusiyyət sayəsində istifadəçilər status bölməsində paylaşdıqları şəkil və videoları birbaşa cihazlarına yükləyə biləcəklər. Bununla üçüncü tərəf tətbiqlərə ehtiyac qalmayacaq və istifadəçilər öz məzmunlarını daha asan şəkildə arxivləyə biləcəklər.
Hazırda bu funksiyalar yalnız "Google Play" Beta Proqramındakı bəzi beta test istifadəçilərinə təqdim edilib. "WhatsApp", qarşıdakı həftələrdə yeniliklərin daha geniş istifadəçi kütləsinə təqdim olunacağını bildirib.

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...