Antarktikada buzun qalınlığı yenidən ölçülüb: Gözləniləndən daha dərindir

Antarktikada buzun qalınlığı yenidən ölçülüb: Gözləniləndən daha dərindir

İngiltərənin Antarktika Araşdırmaları Mərkəzinin (BAS) rəhbərliyi altında beynəlxalq alimlər qrupu Antarktikanın buz örtüyünün altındakı landşaftın ən dəqiq xəritəsini hazırlayıb. "Scientific Data" jurnalında dərc olunan və “Bedmap3” adlandırılan bu xəritə, 60 ildən çox araşdırma məlumatlarını bir araya gətirərək qitənin əvvəllər naməlum olan hissələrini üzə çıxarıb.

 

Sfera.az "NTV"yə istinadən xəbər verir ki, bəzi bölgələrdə buzun qalınlığı 4,5 kilometrə çatır.

 

Əvvəlki tədqiqatlar ən qalın buzun "Adelie" Torpağında yerləşdiyini göstərirdi. Yeni məlumatlara görə isə "Wilkes" Torpağındakı bir kanyon 4 757 metr qalınlığında buzla örtülüdür. Alimlər bildirirlər ki, buz təbəqələrinin əriməsi nəticəsində qitənin səthi yenidən yüksələ bilər.


Tədqiqat üçün təyyarələr, peyklər, gəmilər və xizək itləri vasitəsilə toplanmış məlumatlardan istifadə olunub. Yeni xəritə sayəsində Antarktikanın altındakı dağlar, vadilər və buzun qitə boyunca hərəkətini təsir edən geoloji strukturlar daha dəqiq müəyyən edilib. "BAS" mütəxəssislərinin sözlərinə görə, bu məlumatlar qlobal istiləşmənin buzlaqlar üzərindəki təsirini daha yaxşı anlamağa kömək edəcək.

 

Xəritə ilə bağlı açıqlanan statistik məlumatlara əsasən Antarktikanın ümumi buz həcmi 27,17 milyon km³ təşkil edir. 

 

Qitənin ümumi sahəsi 13,63 milyon km²-dir və burada buzunun orta qalınlığı 1 948 metrdir.


Hesablamalar göstərir ki, burada bütün buzlar əriyərsə qlobal dəniz səviyyəsi 58 metr yüksələcək.


BAS-da çalışan mütəxəssis Peter Fretvell bildirib ki, “Bedmap3” xəritəsi Antarktika Buz Təbəqəsinin əvvəlki hesablamalardan daha qalın və böyük olduğunu göstərir. Bu isə qitənin isti okean sularının təsirinə daha həssas olduğunu deməyə əsas verir.


Bəsti Rəfizadə

 


OXŞAR XƏBƏRLƏR

Tramp Putinlə söhbəti çox məhsuldar adlandırıb

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığını çox məhsuldar adlandırıb.   Sfera.az xəbər verir ki, bu barədə Tramp &l...

Sudandakı müharibə səbəbindən dünya Coca-Cola, şirniyyat və yogurtsuz qala bilər

Sudandakı müharibə bütün dünyada, o cümlədən ABŞ-da qida və kosmetika istehsalına təhlükə yaradıb. Sudandakı hərbiləşdirilmiş RSF (Sürətli Dəstək Qüvvələri) qru...

İlham Əliyev və Mehriban Əliyeva Ağdərəyə səfər edib – Yeni görüntülər

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ölkə başçısının birinci xanım Mehriban Əliyeva ilə Ağdərə rayonuna səfərindən görüntülər paylaşılıb. &nbs...

Gəncədə avtomobil 3 piyadanı vurdu

Gəncədə avtomobil bir neçə piyadanı vuraraq xəsarət yetirib.   Sfera.az-ın məlumatına görə, qəzada yaralanmış üç piyada – 1996-cı il təvəl...

Putin və Tramp İsraillə bağlı razılaşdı

ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin telefon danışığı zamanı İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması barədə razılaşıblar....

Prezidentin sakinlərlə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə gö...