"Astronavtlar sabah Yerə qayıdır" - NASA

"Astronavtlar sabah Yerə qayıdır" - NASA

NASA-nın açıqladığı əlumata əsasən, astronavtlar Butç Vilmore və Suni Villiams sabah axşam "SpaceX"in "Crew Dragon" kapsulu ilə Yerə dönəcəklər. 


Sfera.az "CNN Türk"ə istinadən xəbər verir ki, NASA astronavtların Floridanın açıq sularına eniş edəcəyini bildirib. Əvvəlcə çərşənbə gününə planlaşdırılan eniş, hava şəraitinin daha əlverişli olması səbəbindən irəli çəkilib.


Astronavtlar Beynəlxalq Kosmik Stansiyada (ISS) mühüm elmi tədqiqatlar aparıblar.

 

NASA-nın məlumatına görə, astronavtların ISS-də planlaşdırılandan uzun müddət qalması təhlükəsizlik tədbirləri ilə bağlı olub. Bununla yanaşı, NASA astronavtı Nik Haque və rus kosmonavt Aleksandr Qorbunov da "Crew Dragon" vasitəsilə Yerə qayıdacaq. Dönüş səfəri NASA tərəfindən canlı yayımlanacaq.

 

Qeyd edək ki, ISS missiyaları adətən 6 ay davam edir. Lakin Vilmore və Villiams ISS-də 9 ay qalıb. Bununla belə, onların qalma müddəti NASA astronavtı Frank Rubionun 2023-cü ildə ISS-də keçirdiyi 371 günlük rekord müddətdən xeyli azdır. Kosmosda ən uzun müddət qalan şəxs isə 437 günlə rus kosmonavtı Valeri Polyakov olub.

 

NASA, astronavtların planlaşdırılandan daha uzun müddət ISS-də qalmasının psixoloji və fiziki təsirlərini də araşdırıb. Ailələrindən uzaq qalan astronavtlar üçün əlavə geyim və şəxsi qulluq vasitələri göndərilib.

 

Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Daxılların adətən donuz formasında dizayn edilməsinin təəccüblü səbəbi - FOTO

Daxıllar insanlara pul qənaət etmək vərdişini inkişaf etdirməyə kömək etmək üçün ən çox istifadə edilən obyektlərdən biridir.   Bəs heç düşünmüsünüz...

Boşanma zamanı ev işi üçün 6800 dollar tələb edib: Məhkəmə 5 dəfə çox təzminat verdi

Bu yaxınlarda Çinin mərkəzindəki Zhongyuan Rayon Məhkəməsi boşanma zamanı ev işlərini gördüyünə görə qadına təqribən 35 min dollar təzminat təyin etmə qərarı çı...

Kommunal xidmətlərlə bağlı yenilik

Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi Azərbaycan Respubli...

Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.   Sfera.az-ın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası &ldq...

Əkrəm İmamoğlunun yeni görüntüləri yayıldı – VİDEO

İmamoğlunun ortağı olduğu şirkət məhkəmə qərarı ilə müsadirə edildi   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.   ...

Alyona Əliyeva paylaşım etdi -FOTO

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, paylaşımda d...