Burnunu, qulağını və barmaqlarını kəsdirdi - Məqsədi hamını təəccübləndirdi - FOTOLAR

Braziliyanın San-Paulo şəhərinin yaxınlığındakı Praia Qrande sahilində yaşayan 49 yaşlı Diabao, şeytan görünüşünə sahib olmaq üçün illərdir müxtəlif əməliyyatlar etdirib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, dişlərini itiləyən, qulaqlarını kəsən Diabao, əllərini caynaqlara çevirmək üçün hətta barmaqlarını da kəsdirib.
O, sosial mediada hər əlində yalnız üç barmağı olduğunu (baş barmaq, şəhadət və orta barmaq) göstərən şəkillər paylaşıb. Bu görüntülər yalnız iki gün ərzində 3,4 milyon dəfədən çox izlənilib.
İnstaqramda 302 000-dən çox izləyicisi olan Diabao, 2023-cü ildə "Las Garras" (“The Claws”) adlandırdığı dəyişikliklərə başlayıb və başında ən çox dərialtı "buynuz" implantasiyasına görə Ginnesin Rekordlar Kitabına düşüb. 60-dan çox əməliyyat keçirən və bədəninin təxminən 85%-i mürəkkəblə örtülmüş Diabao, dünyanın ən çox dəyişdirilmiş insanlarından biri olaraq tanınır.
Fidan Hacızadə