900 illik kitabdan qiyamət iddiası: 2027-ci ildə bu şəhərlər dağılacaq

900 illik kitabdan qiyamət iddiası: 2027-ci ildə bu şəhərlər dağılacaq

Vatikanın gizli arxivində qiyamət günü və Papa Fransiskin (266-cı Roma papası - red.) nə vaxt öləcəyi ilə bağlı iddiaların olduğu kitab tapılıb. Kitabda “Yeddi təpəli şəhər”dən və 2027-ci ildə böyük fəlakətlərin baş verəcəyindən bəhs edilir.

 

Sfera.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, kitabın səhifələrindən birində “Yeddi təpəli şəhər” ifadəsinin keçməsi maraqla qarşılanıb. Bu ifadə adətən Roma üçün istifadə edilsə də, bəzi nəzəriyyələrə görə, burada İstanbul da nəzərdə tutulur. Kitabdakı ifadələrdən çıxış edən bəzi tədqiqatçılar 2027-ci ildə böyük bir fəlakətin baş verəcəyini düşünürlər. 

 

Kitabdakı fərziyələrə görə, Papa Fransiskdən sonra hakimiyyətə gələcək papanın dövründə böyük xaos yaşanacaq. Bəzi iddialara görə, bu dövrdə Vatikan və ya Roma məhv olacaq. 

 

88 yaşlı Papa Fransiskin səhhətindəki problemlər bu fərziyyələrə marağı artırıb. Alimlər bu kitabın həqiqiliyini şübhə altına alır və onun orta əsrlərdə yazılmış saxta bir mətn ola biləcəyini bildirirlər. Lakin keçmişdə bəzi öngörücülərin doğru çıxması, bu kimi fərziyyələrin yenidən müzakirə mövzusuna çevrilməsinə səbəb olub. 2027-ci ildə gözlənilən hadisələrin gerçək olub-olmayacağı isə zamanla bəlli olacaq. 

 

Bəsti Rəfizadə
 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...