Logo

Martda maraqlı astronomik hadisələr olacaq

Martda maraqlı astronomik hadisələr olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Martda Günəşin yüksək aktivliyi müşahidə ediləcək.

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, martda Rusiyanın orta enliklərdə də auroralar (Qütb işıqları - red.) görünəcək.

Günəşin səthində ləkələr varsa, auroraların (bəzən orta enliklərdə görünməsinə) səbəb ola biləcək alovlanmalar mümkündür. Həmçinin, fevraldan aprelə qədər olan dövrün gecə-gündüz bərabərliyinə yaxın olması auroraların meydana gəlməsinə kömək edə bilər.

Martda bəşəriyyəti daha bir neçə maraqlı astronomik hadisə gözləyə bilər. Onların siyahısına martın 5-dən 6-dək baş verəcək M45 “Pleiades” açıq ulduz topasının Ayın okkultasiyası daxildir. Bundan əlavə, martın 17-dən 25-dək Venera səmada gündə bir deyil, iki dəfə görünəcək. Martın 29-da Ayın Günəş səthinin 40 faizini əhatə edəcəyi zaman qismən Günəş tutulması da baş verəcək.

Bəsti Rəfizadə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR