Türkiyədəki yanğında vəfat edənlər arasında "Fənərbağça"nın idmançısı da var
Türkiyənin Bolu bölgəsinin "Kartalkaya" Xizək Mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində "Fənərbağça" idman klubunun idmançısı, üzgüçü Vedia Nil Apak da həlak olub.
Sfera.az xəbər bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 11 yaşlı üzgüçü ilə yanaşı, anası Ferda Apak da vəfat edib.
Qeyd edək ki, Türkiyənin Bolu bölgəsinin "Kartalkaya" Xizək Mərkəzinin hotelində baş verən yanğın nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb, 51 nəfər yaralanıb.
Başımız sağ olsun
— Fenerbahçe SK (@Fenerbahce) January 21, 2025
Bolu Kartalkaya Kayak Merkezi’ndeki otelde meydana gelen yangın sonucu kaybettiğimiz tüm canlarımız için ailelerine ve ülkemize başsağlığı, yaralılarımıza acil şifalar diliyoruz.
Yangında Fenerbahçe Yüzme Şubemizin 2014 doğumlu sporcusu Vedia Nil Apak ve… pic.twitter.com/PtCocGWT6h