NEOM meqapolisində ilk tamamlanan layihə Sindalah oldu - FOTO

NEOM meqapolisində ilk tamamlanan layihə Sindalah oldu - FOTO

Səudiyyə Ərəbistanında NEOM meqapolisində (Gələcəyin şəhəri) ilk tamamlanan layihə Sindalah olub.

 

Sfera.az xəbər verir ki, Qırmızı dənizdə NEOM sahilindən beş kilometr aralıda yerləşən “lüks ada kurortu” dəvət olunmuş qonaqların üzünə açılıb.

 

"NEOM Sindalahın açılışı Krallıqda lüks turizmin yeni dövrünü dəstəkləyəcək. Qırmızı dənizə açılan qapı olan bu əlamətdar layihənin reallaşdırılması Əlahəzrət Məhəmməd bin Salmanın uzaqgörən rəhbərliyi sayəsində mümkün olub”, - NEOM-un baş direktoru Nadmi Əl-Nasr deyib.

 

Qeyd edək ki, Sindalah super yaxtaların dizaynı ilə məşhur olan “Luca Dini Design and Architecture” tərəfindən dizayn edilib, 86 çarpayılıq marina və yaxta klubu ətrafında tikilib. Adada italiyan markası Stefano Ricci tərəfindən hazırlanmış interyerləri özündə əks etdirən “Sindalah Yacht Club” da daxil olmaqla otellər, restoranlar və məkanlar mövcuddur. Həmçinin çimərlik və qolf klubu, eləcə də pərakəndə satış məntəqələri və yaxtaların idarə olunması xidmətləri var.Adaya gələn qonaqlar 440 otaq, 88 villa və 200-dən çox xidməti mənzil arasından seçim edə bilərlər.Sindalah 2028-ci ilə qədər gündə 2400 ziyarətçi qəbul etməyi proqnozlaşdırır.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Avrasiyanın ən aktiv vulkanı oyanır - FOTO

Səhər saatlarında Sibirin ən yüksək dağı və Avrasiyanın ən yüksək aktiv vulkanı olan Klyuçevskoy 8,8 bal gücündə güclü zəlzələdən sonra püskürüb.   S...

ABŞ İrana ciddi zərbə endirəcək - AÇIQLAMA

ABŞ 2018-ci ildən bəri İrana qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib. Bu tədbirlər İranın neft ticarətini idarə edən beynəlxalq gəmiçilik şəbəkə...

Avqustda qeyri-sabit hava şəraiti GÖZLƏNİLİR

Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür.   Sfe...

Pediatrdan xəbərdarlıq: Telefonlar uşaqların beyininə zərər verir

Yay aylarında uşaqların boş vaxtlarının çox olması onların informasiya və texnologiya məhsullarından asılılığını daha da artırır. Havanın isti keçməsi, tətil re...

Sürücü sükan arxasında VƏFAT ETDİ

Sürücü sükan arxasında həyatını itirib. Hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də baş verib.   Sfera.az xəbər verir ki, Quba sakini Rövkət Yunusov idarə ...

Çin və Hindistan hədəfdə - Yeni sanksiyalar nefti bahalaşdıracaq?

ABŞ Rusiyadan neft alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırlaşır. Gözlənilir ki, bu sanksiyalardan yayınmaq üçün Rusiyadan neft alan ...