“Nərə balığı ayı” nədir və onu nə vaxt görmək mümkündür?

Planet sakinlərinin bəziləri avqust ayında görə bildiyi tam aya “Nərə balığı ayı” deyilir. 19 avqust 2024-cü ildə ay pik nöqtəsinə çatacaq və üç gün davam edəcək.
Sfera.az bildirir ki, üç gün ərzində dünyanın müxtəlif yerlərində nərə balığı adlanan qeyri-adi tam ayı görmək mümkün olacaq. Bu hadisə avqustun 19-da başlayıb, 21 avqust çərşənbə gününə qədər davam edəcək. Məhz buna görə də məşhur astroloq Kayl Tomas bu günün nə demək olduğunu və onun insanlara nə kimi təsir edəcəyini danışıb.
Tam “nərə balığı ayını” nə vaxt görmək olar?
NASA-nın məlumatına görə, tam ay ABŞ-da 19 Avqust 2024-cü il bazar ertəsi günü, ET vaxtı ilə 14:26-da ən yüksək işıqlandırma səviyyəsinə çatacaq. Bakı vaxtı ilə bu hadisəni saat 22:26-da görmək olar. Ay üç gün ərzində, bazar günü səhərdən avqustun 21-i çərşənbə günü səhər saatlarına kimi tam görünəcək.
Nə üçün bu ay nərə balığı ayı adlanır?
Avqust ayında baş verən tam ayı Böyük Göllərin və Şamplen gölünün şirin su balığı olan nəhəng nərə balığına görə “nərə balığı ayı” adlandırıblar. Bu ərazidə yaşayan yerli amerikalılar üçün əsas qida mənbəyi balıq idi.İlk dəfə 1930-cu illərdə tam ay adlarını dərc etməyə başlayan “Köhnə Əkinçinin Almanaxı”nda bu fenomenin adı çəkilir.
Tam ayın, həmçinin məhsul yetişən kimi məhsulun yığım dövrünü göstərən Qarğıdalı Ayı, Məhsul Ayı və Yüksələn Ay kimi alternativ adları var. Digərləri, gənc quşların sıçrayış etməyə və uçmağı öyrənməyə hazır olduqları vaxtı təsvir etmək üçün “Cree” termininə əsaslanaraq onu uçan ay adlandırdılar.
Avqustda nərə balığı ayı hansı bürcə aid olur?
Hər tam ay üçün Bürc işarəsi müxtəlif astroloji işarələrə nisbətən ayın gecə səmasında mövqeyi ilə müəyyən edilir. Tomasın fikrincə, hər il Ay dəyişir və nəticədə Ay ətrafında fərqli xüsusiyyətlər yaranır.
Bu il nərə balığı ayı Dolça bürcündə tam ay, Hava ünsürlü oxda 11-ci Bürc kimi yerləşdirilib. Od ünsürlü Şir bürcündən tamamilə əks oxdadır.
"Bu o deməkdir ki, hər iki bürc əlaməti bizim ehtiraslarımız, özünü ifadə etmə hissi, istəklərimiz və başqaları ilə necə (istər sevgi, istərsə də dostluqla) münasibət qurmağımızla əlaqələndirilir”-deyə Tomas bildirir.
"Bu Ay dövrünü rəngləndirən planetar aspektlərə gəldikdə, biz bir neçə fərqli enerji tezliklərini hiss edəcəyik.Sevgi və ya münasibətlərlə bağlı ciddi qərarlar, vədlər və ya planlar vermək məsləhət deyil. Çünkik bu zaman verilən qərarlar aydın olmayacaq”.
Aysel
Sfera.az