Bu Moda Trendləri bir neçə il sonra fotolara baxarkən utandıracaq

Bu Moda Trendləri bir neçə il sonra fotolara baxarkən utandıracaq

Hər nəslin öz gözəllik və moda anlayışı var. Bu gün köhnə dəb meylləri haqqında oxuyanda təəccüblənirik, hətta bəzən onları gülünc hesab edirik. Bəlkə gələcək nəsillər də bu günün trendlərini gülünc görəcəklər.

 

Sfera.az bu yazıda sizə indi dəbdə olan, lakin illər sonra fotolara baxanda adamı utandıracaq dəb tendensiyalarını təqdim edir. 


Gələcəkdə bu fotolara baxarkən, mütləq "İlahi, biz nə geyinmişik?" deyəcəyik.

 

1. Aşağı bel şalvarlar uzun illərdən sonra yenidən dəb halını alıb.

Bir çox insan üçün “yeni” və fərqli bir tendensiya olsa da, yenidən tarixə qovuşduqda, geyinənləri peşman edəcək.


2. Artıq bir çox modasevərlərin radarına daxil olan yüksək dekolteli bodilər bəzi moda dizaynerləri üçün fəlakətdir.

Zövqlə geyinənlər tezliklə bu bodiləri heç geyinməmiş kimi davranacaqlar.


3. Mikro çantalar bir neçə il əvvəl də hitə çevrilmişdi.

Bununla belə, onların da vaxtı keçir. Heç bir şeyə sığmayan bu çantaların niyə bu qədər məşhur olduğunu anlamaq mümkün deyil.

 

4. Kvadrat barmaqlı, dolğun, dabanlı sandallar yəqin ki, gələcəkdə 2020-ci illərin biabırçı trendi kimi yadda qalacaq.

 


Həm narahat, həm də estetik olmayan bu tendensiyanı görəsən, ilk dəfə kim qəbul edib.

 

5. Kobud və çirkin idman ayaqqabıları əvvəlcə adamı “bu nədir?" deməyə vadar etmiş olsa da, illərdir hamının ayağındadır.

Hələ bunlardan da bərbad, kobud və yöndəmsiz modellər rəflərə qoyulub.


7. Alt paltarı göstərən və ya üstünə bitişik alt paltar effektli paltarların nümayişi son günlərin favoritlərindəndir.

Yenə 2000-ci illərdən təkrarlanan bir tendensiya və yenə də gələcəkdə utanc gətirəcək bir tendensiya.


7. Yalnız boyun və qol hissələrindən ibarət sviterlər bu qışa öz damğasını vurdu.


İnşallah ki, onları bir daha görməyəcəyik.


8. İçəridə ilişib qalmış kimi görünən tikişli lasinlər nə qədər dəbdə olsa da, nəticə göz qabağındadır.

Gələcəkdə bunu geyinənlər özlərini bağışlamayacaqlar.


9. Lasinlərdən söz düşmüşkən, istənilən rəngdə olan parlaq və ya metal TikTok taytları da bu kateqoriyaya aid edilə bilər.


Başda özümüz olmaqla, insanların çoxu artıq bu görüntülərdən bezib. Baxanda adamın gözləri qanayır. 

 

10. Belə bir deyim var ki, neon yalnız dəbdə olanda gözəl görünür.

El arasında “gözü görməyən baxsa, gözləri açılar” deyilən neon rənglər. Bir neçə ildən bir geri gəlir və tez köhnəlir.


11. Dar cins şalvarlar dəbdən çıxdı şükür, indi də həddindən artıq bol, enli və formasız cinslər dəbdədir. Qətiyyən, orta yolu tapa bilmirik.

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Günel Osmanovaya İTV-də yeni VƏZİFƏ VERİLDİ - FOTO

Günel Osmanova İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorunun müavini təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədə &quo...

Jurnalist saxta xəbərlərə görə SAXLANILDI

Amerikanın “Forbes” biznes jurnalının rusiyalı müxbiri Sergey Mingazov Rusiya ordusu ilə bağlı “saxta” xəbərlər yaydığına görə saxl...

Bakıda 296 kəsici-deşici alət aşkar olunaraq götürüldü - RƏSMİ

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.   Daxili İşlər Nazir...

Xalq artistindən Taleh Yüzbəyova SƏRT CAVAB: "O, çox qələt edir"

“İctimai TV”də yayımlanan “Alatava” serialı müzakirələrə səbəb olub.   Bir sıra narazılıqlardan sonra serialın ssenari müəll...

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”

24 aprel 2024-cü ildə ADA Universitetində keçirilən beynəlxalq forumda Prezident  İlham Əliyev dərin məzmunlu tarixi bir çıxış etdi. Dövlət başçı...

Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”

“Cari ilin noyabr ayında Azərbaycanda növbəti dəfə dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq tədbirlərindən biri keçiriləcək. 2023-cü ilin dekabrında Azər...