Oruc tutanlara bunları etmək OLMAZ!

Oruc tutanlara bunları etmək OLMAZ!

Ramazan ayı müsəlmanlar üçün son dərəcə önəmli olan aylardandır. Müsəlmanlar bu aya xüsusi dəyər verir, bu ayda oruc tutmağa çalışırlar.

 

11 ayın sultanı hesab edilən Ramazan ayında hər il ənənəvi olaraq “orucu nə poza bilər?” sualı gündəmə gəlir.

 

Sfera.az xəbər verir ki, Türkiyənin Dəyanət Vəqfi orucu pozan və pozmayan halları sadalayıb.

 

1.Oruc tutan insanların susuz və qidasız qalmaları ağız qoxusundan narahat olmalarına səbəb olur. Bu insanların diş fırçalamasında heç bir problem yoxdur. Sadəcə diqqət etmək lazımdır ki, diş məcunu və su boğaza getməsin. Dişləri fırçalayan zaman su və diş məcunu boğaza qaçarsa, oruc pozulmuş sayılır.

 

2. Qulaq, burun və göz damcısı da orucluq zamanı tökülə bilər. Bu dərmanlar yemək məqsədli olmadığı üçün rahatlıqla istifadə etmək olar. Yəni onların istifadəsi orucluğun pozulması sayılmır.

 

3. Hədislər və ayətlərə nəzər saldıqda görürük ki, qan vermək orucu pozmur

 

4.Qusma halı insanın istəyindən asılı olmayaraq baş verirsə və eyni zamanda mədədən yuxarı qalxan mədə şirəsi də orucu pozmur. Hamiləlik dönəmində bu hala daha çox rast gəlinir. Məhz bu baxımdan hamilə qadınlara oruc tutmaq tövsiyə edilmir.

 

5. Ətir, krem və dezinfeksiya məhsulları qida maddəsi olmadığı üçün istifadə etmək olar. Sadəcə dezinfeksiya məhsullarının alkoqolsuz olmasına diqqət yetirmək lazımdır.

 

6. Qulaq, burun və boğazdan su qaçmazsa duş almaq orucu pozmur.

 

7. Saqqızların tərkibində dadlandırıcılar olduğu üçün saqqız çeynəmək orucu pozur. Oruc tutarkən saqqız çeynəmək istəyənlərə yalnız kəngər saqqızı tövsiyə edilir. Bu saqqızın tərkibində əlavə dadlandırıcı maddələr yoxdur.

 

8. Ramazan ayında saç boyamaq orucu pozmur.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...

Azərbaycanda nazir koronavirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.   Sfera.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Tə...

Hər yerdən atəş səsləri eşidilir, tanklar küçələrdədir: Liviyada vətəndaş müharibəsi başlayıb

Liviyanın Misrata şəhəri ilə paytaxt Tripoli arasında vətəndaş müharibəsi başlayıb: paytaxtda güclü atışma səsləri eşidilir, küçələrdə isə hərbi texnika görünüb...

"Anadolu Ankası-2025" təlimləri başladı

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2025" ("...