"İphone" istifadəçilərinin DİQQƏTİNƏ: "Qiymətlər daha yüksəkdir"

"YouTube" "iOS" istifadəçilərinə daha baha qiymət təklif edir.

 

Sfera.az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas bildirib.

 

“"YouTube Premium" üçün Azərbaycanda vergilər (ƏDV) daxil "Android" istifadəçiləri üçün fərdi paket aylıq 13,21 AZN, ailə paketi (5 cihaz) 25 AZN təşkil edir. "iOS" istifadəçiləri üçün isə qiymətlər daha yüksəkdir. "iOS" istifadəçiləri üçün fərdi paket aylıq 17 AZN, ailə paketi (5 cihaz) isə 32 AZN təşkil edir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR