“Lukoyl”un vitse-prezidentinin ÖLÜM SƏBƏBİ: “Başının ağrıdığını dedi və ofisində..” - TƏFƏRRÜAT

“Lukoyl”un vitse-prezidentinin ÖLÜM SƏBƏBİ: “Başının ağrıdığını dedi və ofisində..” - TƏFƏRRÜAT

Rusiyanın “Lukoyl” neft şirkətinin vitse-prezidenti Vitali Robertus öz ofisində intihar edib.

 

Sfera.az bildirir ki, bu barədə “Baza Telegram” kanalı məlumat yayıb. Qeyd olunub ki, onun meyiti Sretenski bulvarındakı ofisdə tapılıb.

 

“Robertus baş ağrısından şikayətlənib, sonra özünü ofisinə bağlayıb. Bir neçə saat oradan çıxmayıb və zənglərə cavab verməyib. Nəticədə şirkət işçiləri ofisə girmək qərarına gəlib və onun cansız bədənini aşkar ediblər”, - bildirilib.

 

Qeyd edək ki, Robertusun ölümü barədə məlumat dünən yayılsa da, səbəbi dəqiqləşdirilməyib. Şirkət də öz növbəsində onun ailəsinə və yaxınlarına başsağlığı verib. O, “Lukoyl”da 30 ilə yaxın işləyib və bu müddət ərzində təkcə həmkarları arasında deyil, həm də sənayenin digər nümayəndələri arasında hörmət qazana bilib.

 

Şəxsi uğurlarına görə Vitali Robertus idarə və dövlət mükafatlarına layiq görülüb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...