Putinin Şoyqu ilə zarafatı GÜNDƏM OLDU - Əlində buketlə...

Putinin Şoyqu ilə zarafatı GÜNDƏM OLDU - Əlində buketlə...
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putinin son addımı maraq obyekti olub.

 

Sfera.az bildirir ki, o, müdafiə naziri Sergey Şoyqu ilə zarafatlaşıb.

 

Belə ki, bu gün Krasnodar Ali Hərbi Aviasiya Məktəbinə baş çəkən Putin qadın kursantları 8 Mart bayramı münasibətilə təbrik edib. Dövlət başçısı əlində buketlə müdafiə nazirinin yanından keçərək, "Sergey Kujugetoviç, bu, sizin üçün deyil" deyib və hər kəsin təbəssümünə səbəb olub.

 

Görüntülər Kremlin rəsmi teleqram kanalında yayımlanıb.

 

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR