Bu ölkə "TikTok"u QADAĞAN EDİR - "Apple" və "Google" CƏRİMƏLƏNƏ BİLƏR
ABŞ Konqresinin Nümayəndələr Palatası Çinin "TikTok" sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıb.
Sfera.az xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.
“Amerikalıları xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlardan qorumaq haqqında” layihənin müəllifləri respublikaçı Mayk Qallaqer və demokrat Raca Krişnamurtidir. Sənəddə bildirilir ki, "TikTok" xarici düşmənlər tərəfindən idarə olunur və ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaradır.
Qanun layihəsi qəbul olunarsa, "TikTok"un sahibi olan "ByteDance" korporasiyası "TikTok"u satmaq məcburiyyətində qalacaq və ya sosial şəbəkə ABŞ-də qadağan ediləcək. Qeyd olunur ki, qanun layihəsi həm də səlahiyyətlilərə xarici düşmənlər tərəfindən idarə olunan digər platformaları qadağan etməyə imkan verəcək.
Platformanın sözçüsü Aleks Haurek qanun layihəsini hazırlayanların məqsədinin "TikTok"a birbaşa qadağa qoymaq olduğunu bildirib.
Ötən may ayında Montana qubernatoru Qreq Gianforte ABŞ-də sözügedən ərazidə "TikTok" sosial şəbəkəsini tamamilə qadağan edən ilk şəxs olub. Yeni qanuna əsasən, ştatda müvafiq mobil tətbiqi yükləmək qadağandır. Qeyd olunub ki, “Apple” və “Google” proqram təminatının yüklənməsinə girişi bloklamalıdır, əks halda onları cərimə gözləyir.
2022-ci ilin dekabrında "CIA" "TikTok"u ABŞ-nin milli təhlükəsizliyinə təhdid adlandırıb. Bu fikri idarənin direktoru Uilyam Börns bildirib.
Əzizə