Ceff Bezos İlon Maskı ÖTDÜ - REYTİNQ
"Amazon”un qurucusu Ceff Bezos “Bloomberg Billionaires Index”in (BBI) birinci pilləsində yüksələrək İlon Maskı qabaqlayıb.
Sfera.az xəbər verir ki, reytinqə görə Bezosun sərvəti 500 milyon dollar azalaraq 200 milyard dollara çatıb, lakin bu il ərzində o, kapitalını 23,4 milyard dollar artırıb.
"Amazon"un qurucusu Bezos “Bloomberg”in versiyasına görə 2021-ci ildən bəri ilk dəfə ən varlı insanların reytinqinə başçılıq edir.
“Tesla”nın səhmlərinin 7% ucuzlaşması ilə İlon Maskın sərvəti bir gündə 17,6 milyard dollar azalıb. Bundan sonra o, ikinci pillədə qərarlaşıb. Bu, Çinə avtomobil tədarükünün azalması ilə bağlı xəbərlər fonunda baş verib. İlin əvvəlindən Mask 31,3 milyard dollar itirib.
Bezos və Maskın sərvətləri arasındakı fərq, şirkətlərinin səhm qiymətlərinin dəyişdiyi müxtəlif istiqamətlər nəzərə alınmaqla daralıb. 2021-ci ildən bəri "Tesla" səhmləri 50% ucuzlaşıb."Amazon" səhmləri isə bütün zamanların ən yüksək səviyyəsinə yaxınlaşır.
Onu da vurğulayaq ki, LVMH-nin sahibi Bernard Arnault bir gündə 1,84 milyard dollar azalan, lakin ilin əvvəlindən 18,3 milyard dollar artan 197 milyard dollar sərvəti ilə siyahıda üçüncü yerdədir.
İnci