Kodlaşdırmanı öyrənmək artıq lazımsızdır? - Mütəxəssis RƏYLƏRİ

Kodlaşdırmanı öyrənmək artıq lazımsızdır? - Mütəxəssis RƏYLƏRİ

Dünyanın ən dəyərli texnologiya şirkətlərindən birinin qurucusu amerikalı Jensen Huang süni intellektin əsasını təşkil edən kodlaşdırmanı artıq süni intellektin edəcəyini bildirib və kodlaşdırmanı öyrənməyi dayandırdığını qeyd edib.

 

Bəs kodlaşdırmanı öyrənmək artıq lazım deyil?

 

Sfera.az xəbər verir ki, bu barədə “NTV” saytı bir neçə kompüter mühəndisinə sual ünvanlayıb.

 

Hacettepe Universiteti süni intellekt şöbəsinin müdiri, professor Suat Özdemir deyib ki, hər kəsin kodlaşdırma savadına ehtiyacı olacaq:

 

“Süni intellekt dediyimiz sistem bir çox təməl səviyyəli proqramlaşdırma fəaliyyətini həyata keçirə biləcək hala gəlib. Məqsədimiz proqramlaşdırma biliklərini öyrənməkdirsə, buna mütləq ehtiyacımız var. Çünki bu, bizə lazım olacaq”.

 

Boğaziçi Universiteti kompüter mühəndisliyi şöbəsindən Tuna Tuğcu qeyd edib ki, əsl problem bu cür modellərdə yaradıcılığın olmamasıdır:

 

““Chat GPT” ilə dostluq edə bilərsinizmi? Sizcə, belə olsa, insanlara dost kimi ehtiyacınız qalmayacaq? Necə ki, “Chat GPT” bu məsələdə əsl insanın yerini tuta bilməz, eləcə də proqramlaşdırma sahəsində də vəziyyət eynidir”.


  
Bahçeşehir Universiteti süni intellekt mühəndisliyi şöbə müdiri Fatih Kahraman insanların ən erkən yaşda kodlaşdırma təhsili ilə tanış olmasının tərəfdarıdır:

 


"Hazırda bizə bu prosesdə istifadəçi olacağımız deyilir. Lakin biz istifadəçi deyil, texnologiyanı istehsal edən tərəfdə olmaq istəyirik. Ona görə də kodlaşdırılma, dil texnologiyaları və süni intellekt üzrə bilikləri öyrənməyə çox erkən yaşlardan başlamalıyıq. Uşaqlar məlumatlardan nəsə istehsal edə bildiklərini görməlidirlər”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı

Ötən ilin oktyabrından Bakıda itkin düşmüş şəxs kimi axtarılan şəxs tapılıb.   DİN-in Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, itkin kimi axtarı...

Bu bürclər pulu maqnit kimi özünə çəkəcək - YAXIN GÜNLƏRDƏ!

Ulduzlar bəzi bürclərin həyatında maliyyə baxımından uğurlu günlərin yaxınlaşdığını xəbər verir.   5 bürc yaxın günlərdə bolluq və rifahla qarşılaşa ...

Azərbaycanda bu məhsulun satışı qadağan edildi

"Vakuumlu qanalma iynəsi (kəpənək) 23G" ticarət adlı tibb vasitəsinin bir seriyası geri çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Səh...

Tanınmış ilahiyyatçıdan valideynlərə ÇAĞIRIŞ: Oğlan övladlarınızı sünnət

Dini mövzularda fərqli fikirləri cəmiyyət tərəfindən çox vaxt birmənalı qarşılanmayan ilahiyyatçı Elşad Miri bu dəfə sünnətlə bağlı açıqlaması ilə qalmaqal yara...

Bir neçə ay komada qalan tələbə vəfat etdi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin tələbəsi vəfat edib.   Sfera.az “Unikal”a istinadən bildirir ki...

Astroloq müjdəni verdi: Qarşıdakı 4 gün ərzində...

Astrologiyaya görə, bu gün Günəş və Uran birlikdə hərəkət edəcək. Dörd gün ərzində təsirli olacaq bu astroloji inkişaf bürclərə müsbət mənada təsir göstərəcək. ...