Ağdərili olmayanların nümayiş etdirildiyi "İnsan zooparkları" - FOTOLAR

Ağdərili olmayanların nümayiş etdirildiyi "İnsan zooparkları" - FOTOLAR
Kateqoriya məlum deyil
T

Söhbət çox yox, yarım əsr əvvəldən gedir.
 

Sfera.az bildirir ki, inanmaq çətin də olsa, amma təxminən yarım əsr əvvəl insan zooparkları dünyamızın real hissəsi idi.

Bu həbsxanalarda “ibtidai” hesab edilən insan irqləri meymunlarla Qərbi Avropalılar arasında təsnif edilir və tam insan hesab edilmirdi.

Qara, asiyalı, hindistanlı və ya yerli amerikalılar nümayiş etdirilən əksəriyyət bu zooparklarda idi.

Bu insanlar gah onları zindana salan insanların təzyiqi ilə bütün dünyanı gəzib, gah da ömürlərini qəfəslərdə keçiriblər.

Təəssüf ki, onların heç bir hüquqları yox idi.

Buna görə də zooparkdakı heyvanlarla eyni aqibətə məhkum olurdular.

Onlar soyunmaq istənilirsə, soyunur, bütün günü ayaqda durmaq lazım gələrsə, gözləyirdilər.

Təəssüf ki, bu qeyri-insani təcrübənin tarixi koloniyalar qədər qədimdir.

“Zoparklar” əvvəlcə cırtdan, albinos və donqar insanları sərgiləməklə başlamışdı, lakin sonradan ağ olmayan hər bir etnik mənsub bu yerlərin qurbanına çevrildi.

Burada körpələr, uşaqlar, qocalar da daxil olmaqla, hər yaşdan insanlar zorla saxlanılırdı.

Bu “zooparklar”da həbsdə olan insanların bir qismi zamanla azadlığa qovuşsa da, bəziləri ömrünü burada keçirib, burada başa vurub.

Üstəlik, bu dəhşətli yerlər təkcə bir ölkə ilə məhdudlaşmırdı.

Zamanla Fransa, Almaniya, İngiltərə və hətta okeanın o tayından Amerikaya qədər yayılmışdılar.

Bu “zooparklar” valideynlərin ədəb-ərkanla uşaqlarını götürüb getdiyi “ailə şənlikləri yeri” idi.

Koloniyalar zamanla dünyanın müxtəlif yerlərində yığışdırılsa da, köləlik ləğv edilsə də, qaradərililərə və başqa etnik mənşəli insanlara bərabər hüquqlar verilsə də, təəssüf ki, qərəz aradan qalxmadı.

Hələ 1958-ci ildə bu qorxunc məkanların sonuncusu Belçikada yaradılmışdır.

Ümumdünya Sərgisi çərçivəsində gətirilən müxtəlif insanlar sərgilənmiş və iştirakçıların arzu etdiyi şeylər edilmişdi.

Təbii ki, bu, insanların öz iradəsinə zidd olaraq saxlanılması ilə bağlı sonuncu hadisə idi.

Halbuki 2007-ci ilə qədər bu cür irqçi hərəkatları özündə əks etdirən müxtəlif könüllü sərgilər keçirilirdi.

Belçika isə son illərdə 1958-ci ildə baş verən hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

Son zamanlar dünyanın müxtəlif yerlərində baş verən irqçi hərəkətlər və ölümlər heç də dünyanın irəliləmədiyini göstərir.

 

Aysel

Sfera.az

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR