Əsl şokoladı saxtasından necə ayırd edək? - AÇIQLAMA 

Əsl şokoladı saxtasından necə ayırd edək? - AÇIQLAMA 

“Təmiz şokoladın dadı ağızda 45 dəqiqə qalır”.

 

Bunu Sfera.az-a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib. O, şokoladın əsl aromasını hiss etmək üçün bir sıra üsullar da sadalayıb.

 

“Şokoladın dadını hiss etmək istəyənlər burnunu əli ilə sıxmalı, ağıza bir şokolad parçası atmalı və ardınca dildə buraxdığı ləzzətləri ayırmağa çalışmalıdır. Şokolad ağızda əriyəndən sonra isə əlinizi burnunuzdan götürün, ağzınızdan dərin bir nəfəs alın və burnunuzdan buraxın. Beləliklə, burnunuzda şokaladın qoxusunu və fərqli aromalarını daha da çox hiss edəcəksiniz. Bu günə qədər almadığınız fərqli şokolad ləzzətini tapacaqsınız”.

 

Ekspert bildirib ki, yaxşı şokoladı yeyərkən ağızda yağ dadı hiss olunmamalıdır:

 

“Əgər yağ dadı hiss edirsinizsə, bu o deməkdir ki, kakao yağı ilə yanaşı, palma yağı da istifadə olunub. Keyfiyyətli bir şokolad kakao yağı ilə hazırlanır. Kakao yağı bədən istiliyində 36.5 əriyən yağdır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...