Dünyanın ilk şəffaf ekranlı notbuku TƏQDİM OLUNDU - FOTO

Dünyanın ilk şəffaf ekranlı notbuku TƏQDİM OLUNDU - FOTO

Dünyanın ilk şəffaf ekranlı notbuku İspaniyanın Barselona şəhərində keçirilən Mobil Dünya Konqresində təqdim edilib.

 
Sfera.az xəbər verir ki, “Lenovo” şirkəti tərəfindən hazırlanan notbuk şəffaf “microLED” ekranla təchiz edilib. 


Belə bir kompüterin hazırlanmasında məqsəd onlardan səhiyyə müəssisələrində və mehmanxanalarda istifadə etməkdir. 


Qurğunun klaviatura hissəsi fiziki klaviatura yerinə toxunuşa həssas sensorla əvəz olunub. 


“Lenovo” bu texnologiyanın yaxın 5 ildə həyatımıza girməyə başlayacağını proqnozlaşdırır. 


Vasif

 



 


OXŞAR XƏBƏRLƏR