Atom bombası hücumunda əriyən saat SATILDI: 31 min 113 dollara... - FOTO 

Atom bombası hücumunda əriyən saat SATILDI: 31 min 113 dollara... - FOTO 

ABŞ-nin Yaponiyaya atom bombası hücumu zamanı əriyən və partlayış baş verən zaman 08.15-də dayanan saat satışa çıxarılıb.

 

Sfera.az bildirir ki, satışı ABŞ-nin Boston şəhərində fəaliyyət göstərən “RR Auction” adlı hərrac şirkəti təşkil edib.

 

Şirkət 6 avqust 1945-ci ildə Yaponiyanın Xirosimaya atılan atom bombası hücumu zamanı əriyən saatı 31 min 113 dollara satıb. Alıcının adı açıqlanmayıb. “RR Auction” həmçinin qeyd edib ki, sözügedən saat hücumdan sonra bölgəyə gedən bir ingilis əsgəri tərəfindən xarabalıqlardan çıxarılıb.

 

Xatırladaq ki, ABŞ dünya tarixində ilk dəfə 6 avqust 1945-ci ildə Yaponiyaya qarşı atom bombasından istifadə etdi. Təxminən 140 min insanın həyatını itirdiyi Xirosima hücumu dolayısı ilə yüz minlərlə insanın yaralanmasına və radiasiya ilə bağlı xəstəliklərə məruz qalmasına səbəb oldu. Yaponiya 9 avqust 1945-ci ildə ikinci atom bombasının hədəfi oldu və ölkə böyük dağıntılarla üzləşdi. Atom bombası hücumlarında 200 mindən çox insan həyatını itirdi.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

İlon Maskın sərvəti 348 milyard dollara çatdı - YENİ REKORD

Amerikalı sahibkar, "Space X" və "Tesla" şirkətlərinin sahibi İlon Mask 347,8 milyard dollara çatan sərvəti ilə öz rekordunu yeniləyərək yen...

Küləkli hava ilə bağlı sarı XƏBƏRDARLIQ

Paytaxtda bu gün duman, çiskin və yağış yağacağı ehtimalı var.   Sfera.az xəbər verir ki, Bakıda və Abşeronda gecə 10-13° isti, gündüz 14-17°...

Türkiyədə ağır yol qəzası oldu - 30 nəfər yaralandı

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.   Bildirilib ki, yo...

Prezidentin köməkçisi: Almaniya XİN başçısının Azərbaycana qarşı ittihamları qəbuledilməzdir

COP29 uğurla başa çatdı.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administr...

Bakı aeroportu COP29-da - VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportunun BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində fəaliyyə...

Azərbaycanda bu şəxslərə 285 manat veriləcək - Yanvarın 1-dən

2025-ci ildə ehtiyac meyarının, həcminin 285 manat olması nəzərdə tutulub. 2024-cü ildə bu göstərici 270 manatdır. Ehtiyac meyarının həddi ünvanlı sosial yardım...