Telefon şarjda olarkən istifadə etmək olarmı?

Telefon şarjda olarkən istifadə etmək olarmı?

Telefon şarjda olan zaman bəzi insanlar səhv addımlar atır. Nəticədə bu da, smartfonların tez sıradan çıxmasına və işləkliyini itirməsinə səbəb olur.

 

Sfera.az xəbər verir ki, bu barədə Ntv Haber məlumat yayıb. Məlumatda qeyd olunub ki, şarj edilən zaman cihaz onsuz da yüksək yüklə üzləşir.

 

“Buna görə də həmin vaxt telefondan istifadə edilməməlidir. Bu zaman telefonda oyun oynamaq, mobil interneti aktivləşdirmək, sosial şəbəkələrə daxil olmaq məsləhət deyil. Bunlarla yanaşı, çox vaxt mobil cihaz şarj edilərkən masa üzərinə səhv qoyulur. Telefon enerji doldurularkən arxa hissəsi qızır. Buna görə də çalışıb telefonu ağzı üstə, yəni ekranı aşağı vəziyyətdə qoymaq lazımdır. Belə olduqda istilik ötürülməsi ilə bağlı heç bir problem yaşanmayacaq”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR