Çin yenidən pandaları bu ölkəyə İCARƏYƏ VERƏCƏK

Çin yenidən pandaları bu ölkəyə İCARƏYƏ VERƏCƏK

Çin qısa aradan sonra ABŞ-yə pandaları kirayəyə verəcək. Pandalar Kaliforniya ştatındakı "San Dieqo" zooparkına göndəriləcək. 


Sfera.az xəbər verir ki, CNN-ə verilən açıqlamada zooparkın yaxın gələcəkdə iki nəhəng pandaya sahib olacağı bildirilib. Çin Vəhşi Təbiəti Qoruma Dərnəyinin sədri də yerli mətbuata verdiyi açıqlamada pandaların tezliklə "San Dieqo" zoparkına göndəriləcəyi ilə bağlı məlumatı təsdiqləyib.


Xatırladaq ki, Çin və ABŞ arasında uzun müddət "panda diplomatiyası" həyata keçirilib. 2023-cü ilin dekabrında isə ABŞ Çindən gətirdiyi pandaları geri qaytarmaqla bu əməkdaşlığa son qoyub. 


Çin “panda diplomatiyası” adlı proqram çərçivəsində pandaları 20-dən çox ölkəyə icarəyə verir. Çin xalqının böyük rəğbətini qazanan pandalar uzun illərdir ki, digər ölkələrlə dostluğun möhkəmləndirilməsində, gərginlik yaşayan ölkələrlə buzların qırılmasında və ölkənin imicinin möhkəmlənməsində böyük rol oynayır. Pekinin Vaşinqtonla panda diplomatiyası 1972-ci ildə başlayıb, lakin Çin-ABŞ münasibətləri pisləşdikcə dayanıb. Keçən ilin dekabrında müqavilə müddəti bitdikdən sonra 3 panda geri qaytarılıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR

İlon Maskın sərvəti 348 milyard dollara çatdı - YENİ REKORD

Amerikalı sahibkar, "Space X" və "Tesla" şirkətlərinin sahibi İlon Mask 347,8 milyard dollara çatan sərvəti ilə öz rekordunu yeniləyərək yen...

Küləkli hava ilə bağlı sarı XƏBƏRDARLIQ

Paytaxtda bu gün duman, çiskin və yağış yağacağı ehtimalı var.   Sfera.az xəbər verir ki, Bakıda və Abşeronda gecə 10-13° isti, gündüz 14-17°...

Türkiyədə ağır yol qəzası oldu - 30 nəfər yaralandı

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.   Bildirilib ki, yo...

Prezidentin köməkçisi: Almaniya XİN başçısının Azərbaycana qarşı ittihamları qəbuledilməzdir

COP29 uğurla başa çatdı.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administr...

Bakı aeroportu COP29-da - VİDEO

Heydər Əliyev Beynəlxalq Aeroportunun BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində fəaliyyə...

Azərbaycanda bu şəxslərə 285 manat veriləcək - Yanvarın 1-dən

2025-ci ildə ehtiyac meyarının, həcminin 285 manat olması nəzərdə tutulub. 2024-cü ildə bu göstərici 270 manatdır. Ehtiyac meyarının həddi ünvanlı sosial yardım...