Dünyaca məşhur şəlalə DONDU - FOTO

Dünyaca məşhur şəlalə DONDU - FOTO

ABŞ-ın dünyaca məşhur Niaqara şəlaləsi ölkənin əksər hissəsini əhatə edən arktik soyuqlar səbəbindən qismən donub.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın bir çox bölgəsini təsir altına almaqda davam edən qütb soyuqluğu səbəbindən 100 milyondan çox insan əlverişsiz qış şəraitindən əziyyət çəkib.

 

Ölkə üzrə həyatını itirənlərin sayı 100-ə yaxınlaşıb. Nyu-York ştatının Niaqara rayonunda yerləşən eyniadlı şəlalə arktik soyuqlar səbəbindən qismən donub.

 

Şəlaləyə ziyarətçi axını davam edərkən, soyuqlar səbəbindən maraqlı görüntülər yaranıb. (Lent.az)


OXŞAR XƏBƏRLƏR