“Google” şirkəti istifadəçilərindən üzr istədi - SƏBƏB

“Google” şirkəti istifadəçilərindən üzr istədi - SƏBƏB

“Google” şirkəti istifadəçilərindən üzr istəyib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, “Google”un süni intellekt tətbiqi “Gemini” ağdərili insanlara qarşı irqçilikdə ittiham edilib.


    
Belə ki, istifadəçilər tətbiqdə yaradılan insan şəkillərinin əksəriyyətinin ağ dərili olmadığını müşahidə etdikdən sonra bunun ağ insanlara qarşı irqçi davranış olduğunu əsas gətirərək etiraz ediblər.

 

Bundan sonra texnologiya nəhəngi açıqlama verib. “Google” vəziyyətdən xəbərdar olduğunu bildirərək istifadəçilərdən üzr istəyib.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR