“Apple”dan “iPhone” 15-lə bağlı AÇIQLAMA: "Səhv etmişik, əslində..."
“Apple” şirkəti “iPhone” 15 modeli ilə bağlı qənaətinin səhv olduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, bu modeldən olan telefonlar ilk dəfə satışa çıxanda şirkət batareyaların gücünün 500 dəfə enerji yükləməsindən sonra 80 faizə düşəcəyini açıqlamışdı. Amma şirkət tərəfindən aparılan bir neçə aylıq araşdırmadan sonra 20 faiz güc itkisinin 500 dəfədən yox, 1000 dəfə enerji yükləməsindən sonra baş verdiyini müəyyənləşdirib.
Şirkət bildirib ki, akkumlyatorların gücünün qorunması, proqram təminatının yeniləməsi onların işinin optimallaşdırılması ilə bağlıdır.
“Apple” araşdırma prosesi ilə bağlı təfərrüatları açıqlamayıb. Şirkət bu nəticənin daha əvvəlki modellərə aid olub-olmaması ilə bağlı suala isə aydınlıq gətirməyib.
Şirkət tövsiyə edir ki, batareya tutumunun səviyyəsi 80% -dən aşağı düşdükdə, onu dəyişdirmək lazımdır. Əgər batareyanın gücü 70%-dən azdırsa, o halda onu yeniləmək labüddür.
Təcrübə göstərir ki, smartfonların batareyasının gücü istifadəsinin üçüncü ilində 80%-ə enir.
Vasif