"Bu ayda doğulanlar daha yaxşı vəzifələrdə çalışırlar" - Alimlər AÇIQLADI

Bəzi inanclara görə, dünyaya gəldiyimiz gün və ayın həyatımızda xüsusi rolu olur.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Milli İqtisadlar Bürosu tədqiqat aparıb. Tədqiqatların nəticəsində, ən ağıllı və bacarıqlı uşaqların sentyabr ayında doğulduğu müəyyən edilib.

 

“Bu ayda doğulanlar nüfuzlu universitetlərdə təhsil alır və yaxşı vəzifələrdə çalışırlar”.

 

Alimlərin sözlərinə görə, qışda doğulanlar daha uzunömürlü olur:

 

“Payız aylarında doğulan uşaqlar isə oxumağa daha meyilli olur və daima nələrisə öyrənməyə maraq göstərirlər. Yaz aylarında dünyaya gələnlər də idman sahəsində daha uğurlu olurlar. Belçika, Fransa və Niderlandda futbolçuların bir çoxu yaz aylarında doğulublar".

 

Araşdırmalarda yay aylarında doğulan insanların daha intellektual və ağıllı olduqları qeyd edilib.

 

Qeyd edək ki, bu araşdırma 19-cu əsrin sonunda doğulan insanları əhatə edib.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR