Qadınların üzü buna görə çox tüklənir - Həkimdən AÇIQLAMA

Qadınların üzü buna görə çox tüklənir - Həkimdən AÇIQLAMA

Xanımların əziyyət çəkdiyi problemlərdən biri də tüklənmədir. Qadınların çoxu üzünün hədsiz dərəcədə tüklənməsindən şikayətçidir.

 

Bəs bu problemin kökündə hansı xəstəlik dayanır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan ginekoloq Sevinc Musayeva bildirib ki, orqanizmdə hormonal pozuntunun əmələ gətirdiyi problemlərdən biri də tüklənmədir.

 

“Bu zaman qadınlarda kişi hormonları, testosteronin miqdarı artır. Buna səbəb, yumurtalıqlarda hormonların öz fəaliyyətini dəyişməsi ilə əlaqədardır. Qadınlarda sümük böyüməsi, saçların tökülməsi, tez-tez tərləmə hormonal pozuntunun əlamətidir”.

 

Həkim qeyd edib ki, hormonal pozğunluğu olan qadınlar çay, kofe kimi içkilərdən, duzlu və yağlı yeməklərdən uzaq olmalıdırlar.

 

“Hormonal pozuntu bədəndə olan hormon balansının dəyişməsidir. Hormonlar əsasən vəzlərdə olur və ifraz olunan qanın bədənin bütün hissələrinə yayılmasında böyük rol oynayır. Hormon balansı pozulduqda piy toxumasından hormonlar ifraz olunur və bu zaman xəstəliklər yaranır. Qadınlarda infarkt riski artır və yuxu problemi yaranır. Bu kimi problemləri olan insanlar mütləq həkimə müraciət etməlidirlər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...