Bu sabunlar insan dərisində xərçəng yaradır - Həkim AÇIQLADI

Bu sabunlar insan dərisində xərçəng yaradır - Həkim AÇIQLADI

İnsanlar elə hesab edir ki, ətirli və antibakterial sabunlar ən keyfiyyətli sabunlardır. Əslində bu sabunların xeyrindən çox zərərləri var.

 

Bəs antibakterial sabunların insan orqanizminə nə kimi zərərləri var?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan dermatoloq Sevinc Məmmədova bildirib ki, antibakterial sabunların tərkibində triclosan adlı maddə var.

 

“Bu maddə isə insan dərisinə zərər verir. Hətta zamanla insan dərisində xərçəng belə yaradır. Bu maddə yalnız sabunların deyil, istifadə olunan digər gigiyenik vasitələrin də tərkibində mövcuddur. Son zamanlar da yeni sabun məhsulları istifadəyə verilir. Bunu marketlərdə diqqət yetirsək görə bilərik. Yeni sabun məhsullarının tərkibində bu maddəylə rastlaşmaq mümkündür. Bu maddə insan bədənində hormanların dəyişməsinə səbəb olur”.

 

Dermatoloq qeyd edib ki, triclosan adlı maddə dəridəki xeyirli bakteriyaların ölməsinə də səbəb olur.

 

“Həmçinin maye sabunlar quru sabunlara nisbətən daha çox zərərlidir. Ən keyfiyyətli sabunlar uşaq sabunları və 72 faiz sabunlarıdır. Uşaq sabunlarının tərkibində heç bir kimyəvi maddə olmur. Valideynlərin əksəriyyəti hətta uşaqlarının əllərini də yuyarkən antibakterial sabunlardan istifadə edirlər. Lakin bu düzgün deyil. Uşaqların uşaq sabunlarından istifadə etməsi onların sağlamlığı üçün daha faydalıdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR