“Apple”dan ÖRNƏK DAVRANIŞ: Bu “iPhone” modelinin istehsalını DAYANDIRDI

“Apple”dan ÖRNƏK DAVRANIŞ: Bu “iPhone” modelinin istehsalını DAYANDIRDI

“Apple” şirkəti ilk qatlana bilən “iPhone” modelinin hazırlanması və istehsalını dayandırıb. 


Sfera.az xəbər verir ki, bu barədə “MacRumors” nəşri məlumat yayıb. 


Nəşrin məlumatına görə, şirkət çevik displeyli smartfonun yaradılması üzərində işi müvəqqəti dayandırıb. “Apple” mühəndisləri uzun müddət cihazın konseptual nümunələrini diqqətlə sınaqdan keçiriblər. Yoxlama zamanı məlum olub ki, prototiplərin heç biri “Apple”ın keyfiyyət standartlarına cavab vermir. 


Digər telefon şirkətlərinin qatlanan modellərini də öyrənən və sınaqdan keçirən “Apple” şirkəti bəzi telefonların modellərinin istifadə zamanı texniki problemlərlə üzləşdiyini aşkarlayıb. Məsələn, “Samsung”un ən son qatlana bilən panellərinin bir neçə günlük aktiv sınaqdan sonra qırıldığı məlum olub. 


Buna görə də “Apple” daha dözümlü çevik ekranın yaradılmasına qədər qatlanan ekranlı modelin istehsalını təxirə salıb. 


“MacRumors” yazır ki, “Apple” mütəxəssisləri 2016-cı ildən bəri qatlanan ekranlı modellər üzərində işləyib. Şirkət digər markaların qatlanan modellərlə bazar payının artdığını müşahidə etdiyindən belə bir addım atıb. Lakin aparılan sınaqlar hələlik qatlanan modellərin səmərəli olmadığını üzə çıxarıb. 


Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...