Evində paranormal hadisələrin baş verdiyini iddia edərək bütün medianın diqqət çəkmək istəyən qadın

Evində paranormal hadisələrin baş verdiyini iddia edərək bütün medianın diqqət çəkmək istəyən qadın

80-ci illərin məşhur “Kolumb Poltergeist” davası kimi mediada danışılan hadisə çox qəribə bə mürəkkəb idi.

Sfera.az bildirir ki, Tina Reş evində bəzi paranormal hadisələr yaşadığını iddia edirdi.

 

14 yaşında “Poltergeist” filminə baxdıqdan sonra evdə baş verən qəribə hadisələri gördüyünü iddia edirdi. Ailəsi yerli jurnalist Mayk Harden və fotoqraf Fred Şennondan kömək istəyir.

 

Fotoqraf Fred Şennon tərəfindən çəkilmiş bu şəkil medianın böyük diqqətini çəkir və hamı evə axışmağa başlayır.
 

Bütün hadisələr evin qızı Tinanın ətrafında cərəyan edir və hamısının şahidi yalnız o olur. Belə olan halda, bir çoxları Tinanın sözügedən hadisə ilə bağlı yalan danışdığını düşünür.

 

Bunun üzərinə parapsixoloq Uilyam Roll Resch Tina ilə birlikdə evdə qalmağa başlayır və evdə həqiqətən paranormal hadisələrin olduğunu iddia edir.


Amma Tina əvvəlcə bütün hadisələrin şahidi olur, sonra ailəni yanına çağırır. Başqa sözlə, Uilyam Roll heç bir paranormal hadisənin birbaşa şahidi deyil.
Vəziyyətin yalan olduğunu iddia edən paranormal araşdırmaçı Ceyms Randi istəsə də evə girə bilmir.


Nə yaxşı ki, evdə kamera unudulub...


Hadisəni kənardan araşdıran Randi bu vəziyyətin mütləq uydurma olduğu qənaətinə gəlir, lakin hamı Tinaya inanırdı.
Media bütün diqqəti həmin ərəfədə yalnız Tinaya verir və Tina bundan olduqca xoşbəxt idi. Onun yalan danışması isə tamamilə təsadüflər nəticəsində üzə çıxır.


Televiziya işçisi təsadüfən evdə kamerasını unutduqda Tinanın yalanı aşkarlanır. Kadrlarda Tina əvvəlcə masanın üstündən güldanı yıxır. Sonra elə bil özbaşına baş vermiş kimi qışqırmağa başlayır.
 

Tina Reş nə qədər bunu jurnalistlərin diqqətindən yayınaraq görünməz varlıqların evi tərk etmələrini istədiyi üçün etdiyini desə də, indi onun yalanı ifşa edilmişdi.


Uşaqlığı çətin keçən Tina Reşin diqqəti cəlb etmək istədiyi üçün bu yolu sınadığı düşünülür.


Tina Reş sonrakı illərdə adını dəyişərək Kristina Boyer olub və hal-hazırda Amber adlı bir qızı olur.
 

Lakim cəmi 3 yaşında olanda Amber çox döyüldüyü üçün ölür. Həm Kristina, həm də sevgilisi David Herrin həbs olunur. Kristina Boyer 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...