Real və yaradıcı səhnələr yarada bilən "Sora" istifadəyə verildi
İntellektual çatbot "ChatGPT"ni yaradan Amerikanın "OpenAI" texnologiya şirkəti "Sora" adlı yeni süni intellekt (AI) alətinin istifadəyə verildiyini elan edib.
Sfera.az xəbər verir ki, şirkətin rəsmi saytında verilən məlumata görə, o, mətn təsvirindən istifadə edərək videolar yaratmaq üçün nəzərdə tutulub.
Təsvirə görə, "Sora" bir dəqiqəyə qədər davam edən "mətn təlimatları əsasında real və yaradıcı səhnələr yarada bilir".
Şirkət qeyd edib ki, "AI" modeli təsvir olunan obyektlərin real dünyada necə mövcud olduğunu təsəvvür edir, həmçinin rekvizitləri dəqiq şərh edə və “güclü emosiyaları ifadə edən inandırıcı personajlar” yarada bilir.
Neyroşəbəkə həmçinin hərəkətsiz görüntü əsasında video yaratmaq, bitmiş videolarda çatışmayan kadrlar yaratmaq və ya onları əlavə etmək qabiliyyətinə malikdir.
"OpenAI" xəbərdarlıq edib ki, "Sora" mürəkkəb səhnələri modelləşdirərkən səhv edə bilər. "AI" aləti hazırda modeli potensial zərər və risklər üçün qiymətləndirən "qırmızı komandalar" tərəfindən sınaqdan keçirilir.
Xatırladaq ki, əvvəllər Google süni intellektdən istifadə edərək videoməzmun yaratmaq üçün alətini təqdim edib.
İnci