Telefondan çox istifadə etmək cinsi istəyi AZALDIR

Telefondan çox istifadə etmək cinsi istəyi AZALDIR

Telefonda hər gün saatlarla vaxt keçirən insanların cinsi istəyi getdikcə azalır.

 

Sfera.az xəbər verir ki, bu barədə Lissabon Tətbiqi Psixologiya İnstitutunun tədqiqatçıları araşdırma aparıblar.

 

Tədqiqatçılar telefonların cinsi istəyi məhv edə biləcəyini diqqətə çatdırıblar.

 

“Cütlüklər arasında cinsi narazılıq smartfonlardan qaynaqlanır. Səhər yuxudan oyanan kimi əlimizə aldığımız, gecələr saatlarla vaxt keçirdiyimiz bu cihazlar insanlarda asılılıq yaradır. Smartfonlar insan həyatını bir çox cəhətdən asanlaşdıran texnologiya olsa da, tədricən bir çox şeyin insan həyatında arxa plana keçməsinə səbəb olur. İnsanlar həyat yoldaşları ilə deyil, telefonlarla daha çox vaxt keçirirlər. Bu da cütlüklər arasında cinsi istəyin azalmasına səbəb olur”.

 

Asya


OXŞAR XƏBƏRLƏR