Türkiyədə yeni evlənənlərə 48 aylıq güzəştli kredit VERİLƏCƏK

Türkiyədə yeni evlənənlərə 48 aylıq güzəştli kredit VERİLƏCƏK

Türkiyədə yeni evlənən cütlüklərə 48 aylıq güzəştli kredit veriləcəyi barədə qərar imzalanıb.

 

Həmin qərara əsasən, yeni evlənən cütlüklərə, Ailə və Gənclik Bankı vasitəsi ilə 150 min TL faizsiz evlilik krediti veriləcək.

 

Bəs həmin qərar Azərbaycanda tətbiq edilə bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, ölkəmizdə ailə quran gənclərin evlilik kreditinə ehtiyacı var.

 

“Çünki bizdə ailə qurmaq, toy etmək böyük xərc tələb edir. Məhz bu baxımdan, evlilik kreditlərinin ayrılmasının evlənən cütlüklərə böyük faydası olar”.

 

Sosioloq diqqətə çatdırıb ki, evlilik krediti mexanizmi yaradılarkən, xüsusilə, diqqətli olmaq lazımdır.

 

“Fırıldaqçıların yalandan nigah hesabına kredit ala bilmək imkanı olmamalıdır. Kredit alan şəxslər xüsusi araşdırılmalıdır. Evlilik krediti üçün müraciət edən şəxslərin evlənib-evlənmədikləri müəyyənləşdirilməlidir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Murad Əsədov idarə et...

Ələkbər həmin qətldən DANIŞDI: Rəşadı onlara görə bağışlayıb - VİDEO

"Baku" TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə müəllif və aparıcı Arzu Kəlbi meyxana ustası Ələkbər Yasamallının evində olub.   ...

Yəmən yanır: İsrail və ABŞ Husilərin hədəflərinə güclü hava zərbələri endiriblər - FOTO

ABŞ aviasiyası Sanada husilərin hədəflərinə zərbələr endirib.   Sfera.az bildirir ki, ABŞ-ın yüksək rütbəli rəsmisi İsrailin ABŞ ilə birlikdə Yəmənə hü...