Dünyanın ən seksual dili seçildi

Dünyanın ən seksual dili seçildi

Babbel" dil öyrənmə platformasının keçirdiyi yeni sorğuya görə, italyan dili dünyanın ən cəlbedici dili kimi fransız dilini geridə qoyub.

 

Sfera.az lent.az-a istinadən xəbər verir ki, ABŞ, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və Almaniyadan olan 6000 respondent hansı dillərin "ən seksual", "ən romantik" və "ən ehtiraslı" hesab edildiyi ilə bağlı sualları cavablandırıb. Birinci yeri italyan dili tutub.

"İtalyan dilinin cəlbediciliyinə kömək edə biləcək bəzi xüsusiyyətləri var", - "Babbel"in dili müəllimi Noel Volf  deyib.

 

Volf qeyd edib ki, italyan dilində danışıq səsinin yüksəldilməsi və aşağı salınması bəzi insanların cazibədar və cəlbedici hesab etdiyi bir musiqi səsi yarada bilər: "R" səsinin yuvarlanması kimi bəzi fonetik xüsusiyyətlər italyan dilində fərqli ola bilər ki, çoxları onu cazibədar və cəlbedici hesab edir".

 

Alman dili "ən birbaşa" dil kateqoriyasında, ingilis ingilis dili isə "ən nəzakətli" dil kateqoriyasında qalib gəlib.


OXŞAR XƏBƏRLƏR