Sosial şəbəkələri gözləyən TƏHLÜKƏ: “5 il sonra…”
“Sosial şəbəkələr bir-birilərini təkrarlamaqla uçuruma gedirlər”.
Sfera.az bildirir ki, bunu tanınmış texnobloger Fərid Pərdəşünas deyib. Onun sözlərinə görə, monopolistlər kiçik ideyaları məhv edir.
“”Facebook” o qədər böyüyüb ki, artıq unikallığını itirib. Bütün sosial şəbəkələrə "TikTok" xüsusiyyəti gəlib. "YouTube" isə elan edib ki, artıq "Shorts" bölməsinə canlı yayım funksiyası gələcək. Bununla da bəxşiş yığma mümkün olacaq”.
Ekspert yeni nəslin ümumiyyətlə uzun videoları izləmədiyini vurğulayıb:
“Nə edirsən et, artıq məcbursan ki, 1 dəqiqəlik videoda məzmunu çatdırasan. Mətnlər, xəbərlər oxunmur, saytlar ölüb, yazılı media batır. Bütün proseslərin baş verdiyi belə fonda da Azərbaycan kanallarında olan verlişlərdə hələ də "Sosial şəbəkələrin həyatımızda rolu" tipli mövzular qoyulur. Bir tərəfdən də süni intellekt sürətlə gəlir. Artıq məzmunu belə onlar yaradır. İnsan faktoru getdikcə azalır. 5 il sonra heç nə artıq bugünkü kimi olmayacaq”.
Günay