Kişilər qadınları cəlb etmək üçün necə davranmalıdır? - \"Qadınların əsas şikayəti...\"

Kişilər qadınları cəlb etmək üçün necə davranmalıdır? - \

Son zamanlar kişi-qadın münasibətlərinin bir çoxu ya tez sonlanır, ya da uğursuz nəticələnir. Bunun əsas səbəblərindən biri də, kişilərin etdiyi bəzi davranışlar qadınlar tərəfindən xoş qarşılanmır və qadınları cəlb etmir.

 

Bəs kişilər qadınları cəlb etmək üçün necə davranmalıdır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ülviyyə Kərim bildirib ki, ilk olaraq diqqət yetirilməli məqam, kişilərin xarici görünüşü və nəfəsinin təravətli olmasıdır.

 

"Çünki qadınlar kişilərdən gələn xoş ətirləri və qoxuları sevirlər. Digər əsas amillərdən biri də, kişilərin səliqəli geyinməsidir. Hər bir xanım yanında yaraşıqlı görünən birini arzulayar. Cütlüklər arasında olan problemlərdən biri dinləmə qabiliyyətinin aşağı olmasıdır. Tərəflərin hər biri özü haqda danışmağa daha meyilli olurlar. Münasibətin isə əsas başlıca əlaməti qarşı tərəfi dinləməkdir. Məhz bu baxımdan, qadın öz həyatı və işi barəsində danışarkən onu diqqətlə dinləmək lazımdır".

 

Ülviyyə Kərim diqqətə çatdırıb ki, kişilər bir müddət sonra partnyorlarına qadağa qoymağa başlayır.

 

“Lakin bu düzgün yanaşma deyil. Qadınlar da kişilər kimi sərbəstliyi əlindən alınan münasibətdən tez sıxılırlar. Qadınların kişilərlə bağlı əsas şikayəti onların diqqətsizliyi olur. Kişilərin bir çoxu, qadınların etdiyi dəyişikliklərin fərqində olmur. Bu da qadınların xoşuna gəlməyən məqamlardan biridir”.

 

Psixoloq son olaraq əlavə edib ki, kişilər qadınlara xoş sözlər deməkdən çəkinməməlidir.

 

Asya


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...