Boşandığı qadına yenidən marağın səbəbi nədir? - "Uğurla nəticələnmir”

Boşandığı qadına yenidən marağın səbəbi nədir? -

Bəzi evli cütlüklər anlaşa bilmədikləri üçün boşanma qərarı alırlar. Maraqlısı odur ki, kişilər boşandığı qadına yenidən maraq göstərir.

 

Bəs bu marağın səbəbi nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, boşanma olduqdan sonra, kişilər istədiyi şəxslə münasibət qura bilir.

 

“Lakin kişi ayrıldığı yoldaşına sanki hələ də öz yoldaşıymış kimi yanaşır. Onun kimləsə münasibət qurmasını normal qarşılamır. Hətta dəfələrlə xəbərlərdə oxumuşuq ki, kişi boşandığı qadını qısqanclıq zəminində qətlə yetirib. Bu isə dövrümüzün problemlərindən biridir. Ayrıldığı yoldaşını izləyən kişilərin də sayı az deyil. Heç kim ayrıldığı insanın həyatına müdaxilə etməməlidir. Kişilər öyrəşdikləri birindən bir müddət ayrı qalanda darıxmağa başlayırlar”.

 

Psixoloq qeyd edib ki, uzunmüddətli ayrılıq, cütlüklər arasında olan mənfiyönümlü hadisələri unutdurur.

 

“İnsanlar həmişə ayrıldıqları şəxslər ilə xoş günlərini xatırlayıb kədərlənir. Həmin xatirələr də özlüyündə darıxmaq hissini gətirir. Boşanma olduqdan sonra yenidən barışmaq isə uğurla nəticələnmir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...