"Qızlar bu sevgini özlərindən yaşca böyük kişilərdə axtarırlar" - Psixoloq

Son zamanlar yaşı az olan qızların, özlərindən yaşca böyük kişilərə meyilləndiklərinin şahidi oluruq. 16 yaşlı qızın 32 yaşlı kişiylə qaçıb evlənməsini də buna misal göstərmək olar.

 

Bəs nəyə görə qızlar özlərindən yaşca böyük oğlanlarla münasibət qurur?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, ailə qurmaq anlayışı hər kəs üçün fərdidir.

 

“Ailənin qurulması bir neçə prizmadan həyata keçirilir. Gənc qızların bir çoxu, əsasən, ailədən gələn tələblər əsasında tez ailə qururlar. Qızların ailə qurmaq üçün seçdiyi partnyorun yaşı onların düşüncəsinə uyğun seçilir. Ailədə ata sevgisindən məhrum böyüyən qızlar bu sevgini özlərindən yaşca böyük kişilərdə axtarırlar, onlara sığınmaq istəyirlər. Həmin adamlar çox imkanlıdırsa, qızlar həmin imkanın müqabilində ailə qurmaq istəyirlər. Onlar evləndikləri şəxsi deyil, onun pulunu sevirlər”.

 

Psixoloq diqqətə çatdırıb ki, bəzi qızlar ailələri tərəfindən məcburi şəkildə yaşca böyük kişilərə ərə verilirlər.

 

"Hətta həmin kişilərin boşanmış və uşaqlarının olmasına əhəmiyyət vermirlər. Hər kəsin gələcək ailəsini qurmaq modeli özünəməxsus olmalıdır. Hər bir qız öz seçimini özü etməlidir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...

Prezident onu yenidən rektor təyin etdi - FOTO

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti ...

ABŞ və Çin tariflərdə anlaşdı - Kim daha qazanclı çıxdı?

İsveçrədə ABŞ-Çin ticarət-tarif danışıqları dünən yekunlaşıb və razılaşma əldə olunub. Razılaşmaya əsasən, ABŞ Çinə tədbiq etdiyi 145% tarifləri 30%-ə, Çin isə ...

Kəmaləddin Heydərov Aqil Ağayevi işdən ÇIXARDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.   Sfera.az "qaynarin...