Öldürməyən allah öldürmür - Adolf Hitlerin sağ qalmasına səbəb olan qəribə təsadüflər

Öldürməyən allah öldürmür - Adolf Hitlerin sağ qalmasına səbəb olan qəribə təsadüflər

İkinci Dünya Müharibəsilə bərabər, dünyanı dəhşətə gətirən Adolf Hitler şeytanla sövdələşmiş kimi heç vaxt ölməyib. Həm əsgər ikən, həm də Almaniyada diktator olduqdan sonra ölümlə burun-buruna gəlsə də, daim sağ qalan Hitlerin sanki fövqəltəbii güclərə malik olduğu düşünülür.

 

Sfera.az bu yazıda daim nasist liderinin həyatını xilas edən qəribə təsadüfləri təqdim edir. Gəlin birlikdə detallara nəzər salaq.
 

Adolf Hitler bəlkə də dünyanın ən pis insanı idi, amma nədənsə ölüm həmişə onun yanından ötüb keçirdi...


Hitler, saysız-hesabsız ölümlə üz-üzə gəlsə də, möcüzəvi şəkildə həmişə xilas olmuş və bunu inadına davam etmişdir. Haqqında danışacağımız hekayələr o qədər əsəbvericidir ki, sanki Hitleri həqiqətən qoruyan nəsə var.


1. İnanmaq çətin görünə bilər, amma Hitler hələ uşaq ikən başına uğursuz bir hadisə gəlib...

 

Soyuq qışda Almaniyada İnn çayı donmuşdu. Balaca Hitler dostları ilə oynamaq üçün bu çayı seçmişdi və onun üzərində qaçarkən nazik buz sürətlə çatlayır. Hitlerin donmuş suya düşdüyünü görən və ona kömək edən şəxs İohann Kuberqerdir. İohann adlı gənc Hitlerin ilk qoruyucu mələyi olur.
 

2. Hitleri ikinci dəfə ölüm ayağından qaytaran “eşitdiyi qəribə səs” oldu. Adam bilmir, inansın, ya yox!

Birinci

Dünya Müharibəsinin dəhşətli və ölüm qoxuyan ab-havasında yenidən həyata yapışan gənc Hitlerin başına maraqlı bir hadisə gəlib. İllər sonra öz dediyinə görə, müharibə zamanı onu xəbərdar edən səs sayəsində bir neçə dəfə həyatı xilas edilib.


Xüsusilə xatırladığı xatirə belə idi:


O, izdihamlı səngərdə yoldaşları ilə gözləyərkən bir səs ona dərhal uzaqlaşmağını söyləyir və o, səngərdən sürətlə qaçır. O qaçandan sonra bütün əsgərlər xəndəyə atılan bomba nəticəsində həlak olurlar: tək Hitlerdən başqa. Hitlerin bu hekayəni özünə fövqəltəbii keyfiyyət aid etmək üçün uydurduğuna dair fərziyyələr də var...


3. Bu barədə eşitmisiniz: Hitlerin həyatını xilas edən mehriban İngilis əsgəri Henri Tandey.



 

1918-ci ilin sentyabrında müharibə davam edərkən bir alman əsgəri Tandeyin atəş xəttinə daxil olur. Bir müddət əsgəri seyr edən Tandey adamın yaralı və silahsız olduğunu görür. Bu vəziyyətdə onu vurmağın düzgün olmadığına əmin olan ingilis əsgəri adamın həyatını xilas edib.
 

Hitlerin otağında Fortunino Matania tərəfindən yaralı bir İngilis əsgərini daşıyan bir rəsm əsəri asılmışdı.
 

Hekayəyə görə, Hitler şəkildəki ingilis əsgərinin Tandey olduğunu düşünürdü. Əslində, Böyük Britaniyanın baş naziri Çemberlen Hitlerlə görüşə gələndə ona tablonu göstərib və Henri Tandeyə təşəkkürünü bildirməsini xahiş edib. Bu tablonun onun istəyini gerçəkləşdirdiyinə dair hər hansı qəti sübut yoxdur.

Henri Tandey yaxşı bir iş görsə də, milyonlarla insanın ölümünə səbəb olacaq bir insanın həyatını bəlkə də, əvvəldən bilsə, heç vaxt bağışlamazdı…


4. Təbii ki, Hitlerin ölümlə qol-qola getməsi də onun müharibə zamanı hərbçi olması ilə bağlı idi.


 

Bu dəfə danışacağımız hadisə kimyəvi qaz hücumu olub. Humanitar hüququn indiki kimi bərqərar olmadığı o dövrlərdə kimyəvi silahlar tez-tez sınaqdan keçirilirdi.
Hücum zamanı orada olan Hitler də müvəqqəti korluqdan əziyyət çəkib və xəstəxanaya yerləşdirilib.
 

Hücumdan heç bir ciddi problem olmadan sağ çıxsa da, hakimiyyətə gəldikdən sonra müharibə qəhrəmanı kimi yadda qalması üçün bu hadisə şişirdilib. Üstəlik, tibbi sənədlərdə onun müvəqqəti korluğunun hücum deyil, psixoloji səbəblərdən olduğu qeyd edilib...
 

5. Hələ son deyil... Bu dəfə Hitleri alman ordusuna qatılan irland əsgəri Michael Keogh xilas edəcək.
 


Birinci Dünya Müharibəsində Almaniyanın məğlubiyyəti və ölkənin düşdüyü ağır müharibədən sonrakı şərtlər o dövrdə Hitlerin çıxışlarının əsas mövzusu idi. Qorxmadan danışan Hitler bəzi alman əsgərlərini narahat etməyə başlamışdı.


Hələ şöhrəti yayılmayan Hitleri susdurmaq istəyən 200-ə yaxın adam bir gecə ona və dostuna hücum edib.


Həmin vaxt hadisə yerindən keçən Michael Keogh və adamları iki nəfərin öldürülmək üzrə olduğunu anlayıb, xəbərdarlıq atəşi açıb, alman əsgərləri və xuliqanları dağıdıblar. Hitlerin üzü və bədəni qançır və yaralarla dolu olsa da, o, hələ sağ idi...
 

6. Müharibə bitdi və Hitler yavaş-yavaş tərəfdarlarını toplayır və öz partiyasını qurmuşdu: Nasistlər indi real idi.

 

Təbii ki, Hitler və dostları birdən-birə hakimiyyətə gəlməyiblər, bundan əvvəl onlar Veymar hökumətinə qarşı bir-iki çevriliş təşkil ediblər. Onlardan birində "İnqilab!" şüarları səsləndirməklə uğur qazansalar da, son anda işlər daha da pisləşdi. İndi Hitler və onun partiyası satqın kimi axtarılan və ölümə məhkum edilmiş cinayətkarlara çevrilmişdi.


Hitler qaçaq olduğu bu dövrdə bir evdə gizlənirdi. Alman əsgərləri onu tapanda öz canını almaq qərarına gəldi.


Həbs edilməzdən əvvəl götürdüyü silahla özünə atəş açmağa cəhd edən Hitlerin son anda ev sahibi qarşısını alıb. Bu dəfə də o intihardan xilas olub. Həbs edildikdən sonra o, cəmi 9 ay həbsdə qalıb və həbsdə ikən məşhur “Mein Kampf” kitabını yazıb.


7. 13 mart 1930-cu ildə Hitler növbəti dəfə xoşagəlməz hadisə ilə üzləşdi: avtomobil qəzası.


 

Qəza zamanı Hitlerin yanında olan Otto Vagenerin sözlərinə görə, evakuator Hitlerin maşınına çırpılıb. Diktator az qala tikə-tikə olsa da, birtəhər sağ qalıb. Bütün bu vaxtlardan sonra insan onun həqiqətən qoruyucu mələklərinin
olduğunu düşünməyə bilmir...


8. İohann Georq Elser Hitlerə kin salmaq üçün sui-qəsd planı quranlardan biri idi. Demək olar ki, uğur qazanmışdı.


Elser diktatordan qurtulmaq üçün çox mürəkkəb plan qurmuşdu. O, Hitlerin tez-tez çıxış etdiyi yerdə güclü bomba yerləşdirmək üçün kifayət qədər böyük bir gizli çuxur açmaq üçün aylarla çalışıb. O, həmçinin bombanın vaxtını Hitlerin gələcəyi vaxta təyin etmişdi: 21:20. Hər şey plana uyğun getsəydi, Hitler yer üzündən silinəcəkdi, amma təəssüf ki, o gün hava çox dumanlı idi...


Hava həddindən artıq dumanlı olduğundan Hitler Berlindən təyyarə almaq əvəzinə, həmişəki kimi qatarla səyahət etməyi üstün tutub.
Bu, Hitlerin zala yarım saat tez gəlməsinə və çıxışını tez bitirməsinə səbəb olub. Hitlerin çıxışı düz 21:07-də ​​bitib və dərhal zalı tərk edib. 13 dəqiqə sonra partlayan bombada isə 8 nəfər ölüb, 60 nəfər yaralanıb; Təbii ki, Hitlerdən başqa...
 

9. Əzrayılla sövdələşməsi olub-olmadığını bilmirik, lakin Hitler növbəti dəfə bombalı sui-qəsd cəhdindən sağ çıxıb...

 

Polkovnik Klaus fon Stauffenberq Hitlerin sui-qəsd cəhdi zamanı portfelinə bomba yerləşdirib. Plana görə, çanta Hitler İkinci Dünya Müharibəsi zamanı sığınacaq kimi istifadə etdiyi Qurd yuvasına gəldikdə onun yanında olacaqdı. Amma orada olmamalı olan nasist əsgəri heç bir səbəb olmadan çantanı yerindən tərpətdi.
Qalın taxta masanın o biri tərəfindəki çanta artıq Hitlerə yaxın deyildi.


Bomba partlayanda bəzi mühüm nasist generallarını axirətə göndərsə də, əsas hədəf olan Hitler yalnız qolundan yaralanmışdı. Bundan sonra məyus olan Stauffenberg başqa cəhdlər etsə də, hamısı uğursuz olub və nəticədə edam edildi.


Saysız-hesabsız ölümdən qaçıb milyonlarla insanın həyatına baha başa gələn Hitlerin ölümü isə, ironik də olsa, öz əlləri ilə oldu.
 

30 aprel 1945-ci ildə faşistlər Berlin döyüşünü uduzanda Hitler özünü güllələyərək intihar etdi. Onun bütün bu hadisələrdən sağ çıxması həqiqətən də fövqəltəbii gücə malik olduğu düşüncəsi yaradır. Bəlkə də o, çox şanslı idi və bu təsadüflər silsiləsi dünyanın taleyini formalaşdırdı...

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu kolleclərə yeni direktorlar TƏYİN EDİLDİ - FOTO

Azərbaycanda 3 kollecə direktor təyinatı olub.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.    ...

Altı ildir sevgili olan məşhur cütlük evləndi - FOTO

Türkiyənin məşhur aktrisası Meriç Aral həmkarı Serkan Keskin ilə evlənib. Sadə nikah mərasiminə üstünlük verən cütlüyün nikah şahidləri Efe Tuncer və ...

İlham Əliyev: "Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub"

Bura (Xankəndi) bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yer...

Harrisin Zelenski ilə görüşə bu qədər can atmasının səbəbi nədir? - AÇIQLAMA

ABŞ seçkilərində Demokratlar Partiyasının namizədi, hazırkı vitse-prezident Kamala Harris Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir. Bild...

Zaxarova: "Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər"

Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edərsə, münaqişə tamamilə fərqli miqyas ala bilər və bütün dünya üçün nəticə...

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Xankəndidə açılışı olan Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident ...