Bu otel paranormal hadisələrlə məşhurlaşıb - Sahibinin ruhu salonlarda gəzir

Bu otel paranormal hadisələrlə məşhurlaşıb - Sahibinin ruhu salonlarda gəzir

Viskonsin ştatının Milwaukee şəhərində yerləşən Pfister oteli “lənətlənmiş yerlər” arasında dünya üzrə birinci yerdədir.


Sfera.az bildirir ki, 1893-cü ildə Çarlz Pfister tərəfindən tikilən otel o qədər məşhurlaşıb ki, William McKinley başda olmaqla, ondan sonrakı bütün Amerika prezidentləri də buranın qonaqları olub.


Otel öz populyarlığını qoruyub yüksəltməkdə davam edərkən, otelin sahibi Çarlz Pfister 1927-ci ildə vəfat edir və hər şey məhz bundan sonra başlayır.


Çarlz Pfister ölsə də, işçilər bu adamın otelə gələrək rezervasiya etdiyini gördüklərini iddia edirlər.


Bundan başqa, otelə gələn müştərilər otaqlarda qəribə səslər eşitdiklərini iddia ediblər.


Vəziyyət o həddə çatmışdı ki, hətta fövqəltəbii hadisələrlə qarşılaşdıqlarını iddia edənlər də çoxalırdı.

 

ABŞ-ın və hətta dünyanın “ən məşhur cinli otel” adını daşıyan Pfister otelində baş verən ən məşhur paranormal hadisə isə oteldə qalan beysbol komandasının başına gəlib.

Böyük liqa beysbolçuları oteldə qalarkən ciddi paranormal hadisələrlə qarşılaşdıqlarını iddia edirlər.

 

LS Dodgers komandasının oyunçusu Adrian Beltre, otağında ikən qapısının döyüldüyünü, qapını açmağa gedərkən heç kimi görmədiyini deyir.


Beysbolçu iddia edir ki, otağına qayıdanda kondisioner və televizor öz-özünə yanıb-sönürdü.


Beltre yatmaq üçün yatağa gedəndə başlığın arxasından gələn yüksək səslə oyanıb.


Gənc beysbolçu oteldə qaldığı 3 gün ərzində cəmi 2 saat yata bilib.


Beltre ilə yanaşı, “Minnesota Twins”in oyunçusu Karlos Qomez ən vacib matçlarından birindən bir gün əvvəl oteldə paranormal hadisə yaşayır.


Qomez otaqda səs-küy eşidir və iPod öz-özünə işə düşdüyünü, daha sonra isə iPod-un titrəməyə başladığını görür. Cihaz o qədər titrəyirdi ki, az qala çarpayıdan yerə düşəcəkdi.

 

Çoxsaylı elektrik nasazlıqları və iddia edilən fövqəltəbii hadisələr tez-tez otel qeydlərində də görünür.

 



Oteldə qalan bir neçə qonaq otelin qurucusu Çarlz Pfisterin dəhlizlərdə gəzdiyini gördüklərindən bu hadisələrə də məhz Pfisterin ruhunun səbəb olduğu düşünülür.
Paranormal hadisələr baş verdikdən sonra Pfister oteli daha populyar bir mərkəzə çevrilib.


Hər il saysız-hesabsız qonaqlar fövqəltəbii hadisələrin şahidi olmaq üçün bu oteldə qalmağa gəlirlər.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Harrisin Zelenski ilə görüşə bu qədər can atmasının səbəbi nədir? - AÇIQLAMA

ABŞ seçkilərində Demokratlar Partiyasının namizədi, hazırkı vitse-prezident Kamala Harris Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir. Bild...

Zaxarova: "Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər"

Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edərsə, münaqişə tamamilə fərqli miqyas ala bilər və bütün dünya üçün nəticə...

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Xankəndidə açılışı olan Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident ...

Kursk əməliyyatı ilə bağlı YENİ DETALLAR - Rəsmi sənədlər üzə çıxdı

Ukrayna silahlı qüvvələrinin Kursk vilayətinə hücum edəcəyini Rusiya dövləti bir neçə ay öncədən bilirmiş. Hətta ordu və xüsusi xidmət orqanları bu hücumun qarş...

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ!

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...