Psixoloq efirə yaraşmayan xanım aparıcılardan DANIŞDI: "Zamanında sevgi görmədikləri üçün..."

Psixoloq efirə yaraşmayan xanım aparıcılardan DANIŞDI: 

Son zamanlar məşhurların sosial media paylaşımlarına baxmaq kifayət edir ki, geyim tərzlərinin necə dəyişdiyini görək. Yalnız tanınmışlar deyil, qadınların da bir çoxu açıq, dekolteli geyinməyə üstünlük verirlər.

 

Bəs qadınlar nəyə görə bədənlərini nümayiş etdirmək ehtiyacı duyurlar?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, insanlar ətrafda, digər insanlarda gördüklərini özlərində tətbiq etmək istəyir. Başqalarını təqlid etmək dövrümüzün problemlərindən birinə çevrilib. Əvvəlki teleaparıcılarımız, məsələn, Ofelya Sənani, Nailə İslamzadə kimi qadınlar öz geyim tərzləri ilə daima seçilib. Onlar özlərinə hörmət edən xanımlar idi. İndiki efirə çıxanların çoxu isə öz geyim tərzləri ilə səhnəyə, efirə yaraşmırlar. İndi pulu olan hər insan estetik əməliyyatlara üz tutur”.

 

Psixoloq bildirib ki, açıq geyinən qadınlar bu cür geyim tərzi ilə diqqət çəkmək istəyir.

 

“Qadın, zamanında sevgi görmədiyi üçün bu üsullarla sevgi axtarışına çıxır. Məhz Azərbaycan üçün geyim əxlaqın göstəricisidir. Bu ölkədə insanları geyiminə görə qarşılayırlar. İndiki efirə çıxanların bəziləri nümunə götürülə biləcək insanlar deyil. O qədər əməliyyat etdiriblər ki, millətini ayırd etmək çətinləşib. Qadın özgüvənini açıq geyimləri ilə artıra bilməz. Qadın ağlı, bacarığı, zəhməti ilə qazandıqları ilə seçilməlidir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Kursk əməliyyatı ilə bağlı YENİ DETALLAR - Rəsmi sənədlər üzə çıxdı

Ukrayna silahlı qüvvələrinin Kursk vilayətinə hücum edəcəyini Rusiya dövləti bir neçə ay öncədən bilirmiş. Hətta ordu və xüsusi xidmət orqanları bu hücumun qarş...

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ!

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Mütəxəssisdən "Temu"dan istifadə edənlərə XƏBƏRDARLIQ! - "Bu məlumatları dərhal silin"

"Temu"nun xakerlər tərəfindən ələ keçirildiyi və şəxsi məlumatların oğurlandığı iddia olunur.   Bəs bu iddialar həqiqəti əks etdirirmi? ...

"Paşinyanın o açıqlaması Bakıya "razılaşa bilərik" mesajıdır" - ŞƏRH

Ötən gün Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki,  tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. &...

Məşhur aktrisa YENİ SERİALDA: 15 milyon qazanacaq - FOTO

Türkiyənin məşhur aktrisası Beren Saat yeni seriala çəkilir.   Sfera.az xəbər verir ki, 4 bölümdən ibarət olacaq serial yalnız dijital...